Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Müdafiə Nazirliyi Aqil Abbasın hospitalla bağlı fikirlərinə münasibət bildirib

02 Aprel 2021, 17:18 (GMT +4)

Bakı, 2 aprel, SalamNews. Bu gün Milli Məclisin deputatı Aqil Abbasın Silahlı Qüvvələrin Baş Klinik Hospitalının fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirlərə Müdafiə Nazirliyi münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən SalamNews-a verilən məlumatda qeyd edilib ki, Milli Məclisin üzvü, millət vəkili Aqil Abbasın Silahlı Qüvvələrin Baş Klinik Hospitalının fəaliyyəti barədə səsləndirdiyi subyektiv və əsassız fikirlər təəssüf hissi doğurur: "Bu cür fikirlər ictimaiyyədə çaşqınlıq yaratmaqla yanaşı, hərbi həkimlərin qəhrəman əməyinə kölgə salır, onların ağır işini şübhə altına alır.

Bildiririk ki, yaralıların müalicəsi və tibbi təminatı müharibənin ilk günlərindən başlayaraq Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsən nəzarəti altındadır.

Qeyd edək ki, millət vəkili dəfələrlə hərbi hissələrimizə, o cümlədən hərbi tibb müəssisələrimizə baş çəkib, orada yaradılan şəraitlə tanış olduqdan sonra görülmüş müsbət işlər barədə ictimaiyyətə öz razılığını ifadə edib.

Deputatın bu cür qeyri-obyektiv fikirlər səsləndirməsi Vətən müharibəsi dövründə birbaşa döyüş meydanında, düşmənin güllə və mərmisi altında minlərlə yaralı hərbi qulluqçularımıza tibbi yardım göstərməklə onları həyata qaytaran hərbi tibbi personala qarşı hörmətsizlikdir.

Aqil müəllimin diqqətinə çatdırırıq ki, Vətən müharibəsində digər hərbi qulluqçularımızla yanaşı, tibb işçiləri də böyük qəhrəmanlıq və şücaət göstəriblər. Müharibə zamanı 42 tibb işçisi xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub, 159 hərbi tibb işçisi isə yaralanıb.

Yəqin deputatımız məlumatsızdır ki, Müdafiə Nazirliyinin rəhbərliyi mütəmadi olaraq hərbi tibb müəssisələrinə baş çəkir, oradakı şərait və müalicə alan hərbi qulluqçularımızın səhhəti ilə maraqlanır, tibbi təminatın daha da keyfiyyətli həyata keçirilməsi ilə bağlı göstərişlər verir. Hazırda azad olunmuş ərazilərimizdə dislokasiya olunan hərbi hissələrdə yeni tibb məntəqələri, eləcə də hospitallar fəaliyyətə başlayıb. Hospitallarda yaralılara fasiləsiz və yüksək peşəkarlıqla tibbi xidmət göstərilir.

O ki qaldı yaralılara əlillik dərəcəsinin verilməsi məsələsinə, Aqil müəllimə xatırladırıq ki, bu, Müdafiə Nazirliyinin səlahiyyətləri çərçivəsində deyil. Çox təəssüf edirik ki, millət vəkili bu məsələdən xəbərsizdir”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

22 İyun 2021, 12:19 (GMT +4)
Əlilliyin müəyyənləşdirilməsi meyarları dəyişib

22 İyun 2021, 12:08 (GMT +4)
Koloradoda atışma baş verib, ölənlər var 

22 İyun 2021, 11:57 (GMT +4)
Şəki sakinlərindən odlu və soyuq silahlar aşkar edilərək götürülüb

22 İyun 2021, 11:46 (GMT +4)
Azərbaycanda təmənnasız mobil diş və mobil göz klinikaları təşkil olunacaq

22 İyun 2021, 11:41 (GMT +4)
Avro-2020: 1/8 finalın iki cütlüyü bəlli olub

22 İyun 2021, 11:34 (GMT +4)
İsrail qüvvələri son sutkada İordan çayının Qərbində 30 fələstinlini həbs edib

22 İyun 2021, 11:29 (GMT +4)
Azərbaycan neftinin qiyməti 75 dolları ötüb

22 İyun 2021, 11:17 (GMT +4)
MDB ölkələri XİN rəhbərləri müharibə haqqında şeirlər oxuyub - VİDEO

22 İyun 2021, 11:15 (GMT +4)
"Azercell" 100 mindən çox abunəçiyə 5GB aylıq internet paketi hədiyyə edib

22 İyun 2021, 11:10 (GMT +4)
XİN: Azərbaycan UNESCO və BMTQAK-ın missiyasını qəbul etməyə tam hazırdır

22 İyun 2021, 11:00 (GMT +4)
Boksçumuz erməniyə qalib gəlib yarımfinala yüksəlib

22 İyun 2021, 10:57 (GMT +4)
Prezident İlham Əliyev BMT-nin Baş katibinə məktub göndərib 

22 İyun 2021, 10:45 (GMT +4)
Sanksiyalar ləğv edilsə İran yığıb saxladığı 200 milyon barel nefti bazara çıxaracaq - Reuters

22 İyun 2021, 10:35 (GMT +4)
Egey dənizində zəlzələ baş verib

22 İyun 2021, 10:30 (GMT +4)
"Neftçi" Sloveniya klubu ilə heç-heçə edib

22 İyun 2021, 10:25 (GMT +4)
Azərbaycanda iş və xidmət sahələrində COVID-19 pasportu avqustun 1-dən tələb olunacaq

22 İyun 2021, 10:23 (GMT +4)
İran dondurulmuş pullarının bir qismi ilə 16 milyon doza vaksin aldığını bildirib

22 İyun 2021, 10:22 (GMT +4)
50 nəfərdən çox qonağın iştirak etdiyi toylarda COVID-19 pasportu tələb olunacaq

22 İyun 2021, 10:17 (GMT +4)
Toyda iştirak edəcək qonaqların sayı “icaze.e-gov.az” portalına daxil ediləcək

22 İyun 2021, 10:10 (GMT +4)
Avro-2020: Danimarka və Avstriya 1/8 finala yüksəlib, Rusiya mübarizəni dayandırıb

22 İyun 2021, 10:08 (GMT +4)
Azərbaycanda iyulun 1-dən toyların keçirilməsinə icazə verilib

22 İyun 2021, 10:01 (GMT +4)
Amerikalıların üçdə biri Baydenin seçkilərdəki qələbəsini ədalətsiz hesab edir

22 İyun 2021, 09:57 (GMT +4)
İyunun 22-də xarici valyutaların manata qarşı məzənnələri

22 İyun 2021, 09:46 (GMT +4)
"Azərbaycan dili" fənnindən ikinci imtahan keçiriləcək

22 İyun 2021, 09:33 (GMT +4)
Husilər Yəmən səmasında son üç gündə ikinci PUA-nı vurublar

22 İyun 2021, 09:30 (GMT +4)
Qala qəsəbəsində sürücü qəza törədib

22 İyun 2021, 09:17 (GMT +4)
ABŞ Dövlət Departamenti Ermənistanda keçirilən seçkiləri şərh edib

22 İyun 2021, 09:12 (GMT +4)
Hərbi Dəniz Qüvvələrində taktiki təlim başlayıb

22 İyun 2021, 09:00 (GMT +4)
FHN Bakıda binada baş verən partlayışla bağlı məlumat yayıb

22 İyun 2021, 08:57 (GMT +4)
Əfqanıstanın dörd əyalətində yerli camaat Talibana qarşı hərbi səfərbərlik elan edib (VİDEO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66