Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

BMT-də Azərbaycanın təşəbbüsü ilə COVID-19-la bağlı qətnamə qəbul edilib

24 Mart 2021, 10:00 (GMT +4)

Bakı, 24 mart, SalamNews. BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən SalamNews-a verilən məlumata görə, qətnamə inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında COVID-19 əleyhinə peyvəndlərin ədalətsiz və qeyri-bərabər bölüşdürülməsi məsələsinin insan hüquqlarından istifadəyə mənfi təsiri məsələsinə diqqəti çəkir və bunun pandemiyanın tamamilə aradan qaldırılmasında, eləcə də BMT-nin Dayanıqlı İnkişaf Gündəliyində nəzərdə tutulan məqsədlərə nail olunmasında başlıca əngəllərdən biri olduğunu vurğulayır. Pandemiyanın aradan qaldırılmasında qlobal həmrəyliyin və çoxtərəfli əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayan qətnamə bu xüsusda Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 3-4 dekabr 2020-ci il tarixində keçirilmiş BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunan xüsusi sessiyasının əhəmiyyətini qeyd edir.

Qətnamə BMT üzv dövlətlərinə və digər əlaqədar qurumlara (beynəlxalq təşkilatlar, özəl sektor təmsilçiləri, vətəndaş cəmiyyəti üzvləri və s.) COVID-19 əleyhinə peyvəndlərin bütün dövlətlər arasında ədalətli bölüşdürülməsini təmin etmək istiqamətində müvafiq tədbirlər görməyə çağırış edir. Eyni zamanda, peyvəndlərin ədalətli bölüşdürülməsini dəstəkləmək məqsədilə yaradılmış beynəlxalq təşəbbüslərə, o cümlədən COVAX təşəbbüsünə dəstək ifadə edən qətnamə, bütün dövlətlərdən peyvəndlərin digər ölkələrə ixracı ilə bağlı mövcud olan lazımsız əngəlləri aradan qaldırmağa çağırır.

Qətnaməyə ümumilikdə 133 dövlət həm-müəlliflik edib ki, bu da BMT-nin İnsan Hüquqları Şurasında qəbul edilən qətnamələr üçün olduqca yüksək göstəricidir. Həmmüəlliflər sırasında dünyanın fərqli regionlarında yerləşən, iqtisadi göstəriciləri kəskin fərqlənən və fərqli siyasi qruplaşmalara məxsus olan ölkələr təmsil edilir. Qətnamənin ərsəyə gəlməsində konsensusa nail olunması üçün uzun müddətdir ki, Cenevrədə BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində danışıqlar aparılırdı.

Qeyd edək ki, qətnamə ölkə başçısının 1 fevralda AZƏRTAC-a verdiyi müsahibəsində Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin COVID-19 əleyhinə peyvəndlərin dünya miqyasında ədalətsiz və qeyri-bərabər bölüşdürülməsinə laqeyd qalmayacağı ilə bağlı ifadə etdiyi mövqeyə uyğun olaraq irəli sürülmüşdü və əldə edilmiş nəticəyə əsasən demək olar ki, ölkə başçısının pandemiya ilə bağlı əvvəlki təşəbbüsləri kimi, bu təşəbbüs də qısa müddət ərzində qlobal dəstək qazanıb.

Məlumat üçün qeyd edək ki, ölkə başçısının təşəbbüsünə uyğun olaraq, qətnamədən əvvəl 5 mart 2021-ci il tarixində Qoşulmama Hərəkatının Nyu-York şəhərində fəaliyyət göstərən Əlaqələndirmə Bürosu tərəfindən də müvafiq mövzuda komünike qəbul edilib.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi COVID-19 pandemiyasına qarşı qlobal mübarizədə çoxtərəfli səylərin mərkəzində olmağa davam edir.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İsrail BMT Təhlükəsizlik Şurasının qətnaməsinin qarşısını aldığına görə ABŞ-a təşəkkür edib

Azərbaycanlılar BMT qərarqahı önündə minalarla bağlı aksiya keçiriblər (FOTO)

İsrailin Qəzzaya hücumu nəticəsində 34 min insan BMT-nin obyektlərinə sığınıb

Azərbaycan nümayəndəsi erməni vəhşilikləri ilə bağlı BMT baş katibinə məktub göndərib

BMT BA İsrailin Fələstinə təcavüzünü müzakirə edəcək

ABŞ BMT Təhlükəsizlik Şurasında Qəzzadakı vəziyyətlə bağlı bəyanatın verilməsinin qarşısını alıb

BMT Baş Katibi İsrail və Fələstinə müraciət edib

Səbinə Əliyeva Ermənistan ombudsmanı barədə BMT və Avropa Şurasının komissarlarına məktub göndərib

BMT baş katibi Qırğızıstan və Tacikistanı atəşkəsə riayət etməyə çağırır

BMT: Azərbaycan hökumətinin minaların təmizlənməsi ilə bağlı fəaliyyətini alqışlayırıq

Çavuşoğlu BMT Baş katibi ilə görüşüb

Azərbaycan Prezidentinin BMT-nin tədbirində videoformatda çıxışı təqdim edilib

BMT və Avropa Fələstin ərazilərində seçkilərin keçirilməsilə bağlı İsrail qarşısında tələb irəli sürüblər

BMT-nin Baş katibi Ukraynanın şərqində atəşkəsin pozulmasından narahatdır

BMT Səhiyyə Nazirliyinə 3 təcili yardım maşını hədiyyə edib

Husilər BMT Təhlükəsizlik Şurasının Yəmənlə bağlı bəyanatını tənqid ediblər

BMT TŞ-da debatlarda Ermənistanın mina xəritələrini təqdim etməməsi məsələsi qaldırılıb

Ceyhun Bayramov BMT Baş Assambleyasının Prezidenti ilə görüşüb

BMT Baş Assambleyasının sədri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib (FOTO)

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidentini qəbul edib

18 May 2021, 18:02 (GMT +4)
Ağstafa rayon sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub

18 May 2021, 17:58 (GMT +4)
Çavuşoğlu: İsrail Ramazan bayramını zəhər etdi

18 May 2021, 17:51 (GMT +4)
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib

18 May 2021, 17:40 (GMT +4)
Rusiya XİN: Azərbaycan və Ermənistan sərhədindəki vəziyyəti yaxından izləyirik

18 May 2021, 17:39 (GMT +4)
İsrail BMT Təhlükəsizlik Şurasının qətnaməsinin qarşısını aldığına görə ABŞ-a təşəkkür edib

18 May 2021, 17:30 (GMT +4)
Bu il ƏƏSMN-in fəaliyyət sahələri üzrə 220 min elektron arayış verilib

18 May 2021, 17:20 (GMT +4)
Prezident dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb

18 May 2021, 17:08 (GMT +4)
İlham Əliyev: Belarusla hərbi sahədə əməkdaşlıq çox yaxşı nəticələr verir

18 May 2021, 16:58 (GMT +4)
Ermənistanın axtarışda olan keçmiş naziri İrəvan hava limanında saxlanılıb

18 May 2021, 16:50 (GMT +4)
Allahşükür Paşazadə Türkiyənin Azərbaycandakı səfirini qəbul edib

18 May 2021, 16:37 (GMT +4)
Azərbaycanda son sutkada 1024 nəfər COVID-19-dan sağalıb, 432 nəfər yoluxub

18 May 2021, 16:33 (GMT +4)
Misir Qəzzanın yenidənqurması üçün 500 milyon dollar ayırıb

18 May 2021, 16:27 (GMT +4)
Sergey Ryabkov: Moskva dost olmayan dövlətlərin siyahısını genişləndirə bilər

18 May 2021, 16:21 (GMT +4)
Bu il Azərbaycan 19 min tondan artıq qarğıdalı idxal edib

18 May 2021, 16:10 (GMT +4)
Azərbaycan Prezidenti Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpasında iştiraka dəvət edib

18 May 2021, 16:01 (GMT +4)
“Çelsi”də ilin ən yaxşı futbolçusu bəlli olub

18 May 2021, 15:58 (GMT +4)
Hindistanda COVID-19-dan ölənlərin sayında yeni anti-rekord qeydə alınıb

18 May 2021, 15:55 (GMT +4)
ADY: Bakı-Qəbələ qatarı üçün gediş haqqı hələ müəyyən edilməyib

18 May 2021, 15:41 (GMT +4)
Oljas Süleymenov “Şərəf” ordeni ilə təltif edilib

18 May 2021, 15:35 (GMT +4)
İordan çayının qərbində İsrail qüvvələrinin atəşi nəticəsində 23 fələstinli həyatını itirib

18 May 2021, 15:30 (GMT +4)
Prezident İlham Əliyev Belarusun müdafiə nazirini qəbul edib

18 May 2021, 15:23 (GMT +4)
"Yuventus" yeni formasını təqdim edib - (FOTOLAR)

18 May 2021, 15:20 (GMT +4)
ABŞ digər ölkələrə 80 milyona yaxın COVID-19-a qarşı peyvənd dozu göndərmək niyyətindədir

18 May 2021, 15:14 (GMT +4)
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin edilir 

18 May 2021, 15:04 (GMT +4)
Gömrük Akademiyasında “RENFUL” şirkətinin mütəxəssisləri təlimlər keçirlər (FOTO)

18 May 2021, 15:00 (GMT +4)
AFFA "Sumqayıt" və "Zirə"nin şikayətinə baxıb

18 May 2021, 14:51 (GMT +4)
AQTİ: Qida təhlükəsizliyi sahəsində innovativ həllərin tətbiqi uğurla davam etdirilir

18 May 2021, 14:39 (GMT +4)
Putin: Rusiya bütün ölkələrlə əməkdaşlığa açıqdır

18 May 2021, 14:28 (GMT +4)
Azərbaycanlılar BMT qərarqahı önündə minalarla bağlı aksiya keçiriblər (FOTO)

18 May 2021, 14:22 (GMT +4)
Premyer Liqanın qalibləri üçün mükafatlandırma mərasimi keçiriləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66