Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

QMİ sədri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

18 Mart 2021, 12:00 (GMT +4)

Bakı, 18 mart, SalamNews. Şeyxülislam Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

SalamNews təbrik mətnini təqdim edir:

"Bismillahir-rəhmanir-rəhim!

Möhtərəm həmvətənlər, əziz qardaş və bacılar!

Xalqımızın qədim və gözəl bahar bayramı, yeni günün və yenidən dirçəlişin timsalı olan Novruz münasibətilə sizi ürəkdən təbrik edir, hamınıza Allah-taaladan səadət və rifah, xeyirli və bərəkətli ömür arzulayıram.

Bu ilki Novruzumuz özəl abu-havası olan bayramdır, çünki onun gəlişi 30 illik Qarabağ həsrətinin sonu, illər boyu etdiyimiz duaların qəbul olduğunu bildirən Zəfər müjdəsidir. Artıq neçə müddətdir ki, xalqımız öz tarixinin ən möhtəşəm bayram sevincini – Vətən müharibəsindəki Qələbənin qürurunu yaşayır. 44 gün davam edən savaş Ermənistanın məğlubiyyəti ilə Azərbaycan ordusunun şanlı zəfəri kimi tarixə yazıldı. Qəhrəman Azərbaycan əsgəri işğaldan azad olmuş ərazilərdə Ulu Öndər Heydər Əliyevin “Dövlətçiliyimizin və müstəqilliyimizin əbədi rəmzi” adlandırdığı üçrəngli bayrağını qaldırdı. Azərbaycanın ayrılmaz hissəsi olan bu torpaqlarda dövlət bayrağının dalğalanması, Şuşa və Ağdam məscidlərinin minarələrindən azan səslərinin ucalması tarixi ədalətin bərpası anlamını verir və bu mübarək günləri bizə, bütün xalqımıza yaşatdığı üçün Uca Yaradana və dövlətimizə sonsuz həmd-sənalar edirik!

Biz fəxr edirik ki, bu Qələbənin müəllifi və sərkərdəsi Azərbaycan xalqının böyük oğlu, adı tarixin qızıl səhifəsinə yazılan Zati-aliləri Ali Baş komandan İlham Əliyev cənablarıdır. Vətən müharibəsi ərzində onun liderlik əzmi, qətiyyətli siyasəti, mərdliyi, cəsarəti hər kəsə - ordumuzun əsgərinə, xalqımızın övladlarına, dinindən və millətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşlarına unudulmaz anlar yaşatdı, dünya ictimaiyyəti Azərbaycanın siyasi liderinin qüdrətinin və ölkəmizdəki sarsılmaz xalq-dövlət birliyinin şahidi oldu.

Bu gün biz Azərbaycan dövlətinin gələcəyinə böyük inam və ümidlə baxırıq. Bu ruh yüksəkliyinin əsas mənbəyi dövlətimizin başçısı İlham Əliyev cənablarının prinsipial və qətiyyətli mövqeyi, ölkəmizdə aparılan geniş miqyaslı quruculuq işləri, xalqın rifahına yönələn sosial-iqtisadi proqramların gerçəkləşməsidir. Ali Baş Komandan İlham Əliyev cənabları mətin sərkərdə kimi öz xalqının dərin məhəbbət və etimadını qazanmış, rəşadətli ordusunun qüdrətinə güvənən yenilməz dövlət lideri olaraq Azərbaycan həqiqətlərini, Qarabağ reallıqlarını inam, qətiyyət və siyasi mədəniyyət nümunəsi ilə dünya ictimaiyyətinə çatdırmaqla qlobal miqyaslı dövlət xadimi kimi tanınmışdır. Həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu gərgin və məsuliyyətli dövr ərzində yerinə yetirdiyi siyasi, ictimai və mədəni missiyanı tarixi fenomen adlandırmaq olar. Şəhid və qazi ailələrinə, yaralı hərbçilərə göstərilən nəcib şəfqətli münasibət, maddi-mənəvi dəstək, sosial yardım proqramlarına rəhbərlik – bunların hamısı bir Azərbaycan xanımının dünyaya bəyan etdiyi yüksək mədəniyyətin və Vətən övladlarına olan ana məhəbbətinin nümunəsidir. Mehriban xanım Əliyevanın timsalında biz Azərbaycanın bugününün və sabahının təminatçısı olan möhtərəm Prezidentimiz Zati-aliləri İlham Əliyevin fədakar yardımçısını və etibarlı silahdaşını görürük. Novruz adətlərimizə uyğun olaraq, dindarlarımız adından mən bu əziz bayram günlərində Azərbaycanın əzəli torpaqları olan Qarabağın və İslam dünyasının mədəniyyət beşiyi Şuşanın işğaldan azad olunması münasibətilə Zati-aliləri İlham Əliyevi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanı səmimi qəlbdən təbrik edir, dövlətimiz naminə gördükləri fövqəladə fəaliyyətlərə Allahdan xeyir-dualar diləyirəm.

Qələbə - daim dindarlarımızın, hər bir azərbaycanlının dualarında olmuşdur. Fəqət həsrətində olduğumuz Qələbə naminə övladlarımız Allah yolunda, Vətən və millətin azadlığı uğrunda canlarını fəda etdilər, qanları ilə qazandıqları Azadlığı gələcək nəsillərə əmanət etdilər. Onların hər birinin boynumuzda haqları vardır, bu əziz Novruz günlərində Vətən uğrunda şəhid olan qəhrəman övladlarımızı rəhmət dualarıyla yad etmək, ailələrinə, yaxınlarına başsağlığı vermək, qazilərimizə, yaralılarımıza Allah-təaladan şəfaət və səadət diləmək bizim vəfa borcumuzdur. Biz Qarabağda dalğalanan Azərbaycan bayrağı naminə canından keçən hər bir şəhidimizə Allahdan rəhmət diləyir, yaralılarımıza şəfalar arzulayırıq.

Əziz həmvətənlərim! Novruz Azərbaycan xalqının çoxəsrlik tarixində özəl yeri və milli önəmi olan bayramlardandır. Min illər boyu qeyd edilən mübarək Novruz torpağın oyanışını, təbiətin yenilənməsini və bəşərin intibahını təcəssüm etdirmişdir. Qurani-Kərimdə bu dirçəlişin ilahi mənası açıqlanır: “Allah göydən yağış göndərir, onunla Yer üzünü öldükdən (quruduqdan) sonra yenidən dirildir” (Nəhl, 65). Novruzda savaşlar dayanmış, küsülülər barışmış, insanlar sevinclərini və sabaha ümidlərini bir-biri ilə bölüşmüşlər. Bu əziz günlərdə dünyadan gedənlərə rəhmət diləmək, valideynləri, ağbirçək və ağsaqqalları yada salmaq, imkansızlara, ehtiyacı olanlara yardım etmək, ailə məhəbbətini və dostluq tellərini bərkitmək xalqımızın milli mədəniyyətinin ən gözəl nümunəsidir.

Bu ilin təqviminə görə, Azərbaycanın üfüqi vaxtı ilə 20 mart tarixində, saat 13.37.20-də il Öküz bürcü üzərində təhvil olacaqdır. İl təhvili günorta zöhr namazından sonraya təsadüf etdiyi üçün, bu il bayram axşamı martın 20-də, mübarək Novruz bayramı isə martın 21-də qeyd olunacaqdır. Bu günlər ərzində edilən ibadət və dualarda mərhumları rəhmətlə yad etmək böyük savabdır. Uca Yaradana həmd-səna, süfrələrə xeyir-bərəkət, nemətlərə şükr duaları ilə Novruza qədəm qoyan xalqımızı bir daha təbrik edir, hər ailəyə xoşbəxtlik, hər evə rifah və əmin-amanlıq diləyirəm. İnşallah, bundan sonra Novruzu artıq doğma Qarabağda qarşılayacaq, illərin acısını tonqallarda yandırıb, arzularımızı səməni kimi göyərdəcəyik. Novruz bayramımız mübarək olsun!".





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

QMİ sədri Türkiyəyə başsağlığı məktubu göndərib

QMİ sədri Allahşükür Paşazadə Türkiyəyə başsağlığı verib

QMİ dindarları vaksin olunmağa çağırıb

QMİ sədri: Bu il biz həm Qurban bayramını, həm də Qələbəmizi qeyd edirik

QMİ sədri və dini konfessiyaların rəhbərləri Polad Həşimov və İlqar Mirzəyevin məzarını ziyarət ediblər (FOTO)

QMİ: Din xadimlərinin vaksinasiyası başa çatıb

QMİ sədri II Qareginin Xankəndiyə səfərini pisləyən bəyanat verib

QMİ məscidlərdə ibadətlərlə bağlı qaydaları açıqlayıb

QMİ sədri: Ermənistan soyqırım siyasətini ört-basdır etmək üçün Azərbaycana qarşı yalan ittihamlar irəli sürür

QMİ-nin internet televiziyası fəaliyyətə başlayıb

QMİ Ramazan ayının başlaması ilə bağlı fətva verib

QMİ sədri Allahşükür Paşazadə və dini konfessiya rəhbərlərinin Bərdə və Ağdama səfəri başlayıb

QMİ sədri patriarxı Qarabağdakı məscidləri və kilsələri birlikdə ziyarətə dəvət edib

QMİ Ramazan ayı ilə bağlı toplantı keçirəcək

QMİ: Azərbaycanda Ramazan ayının başlama tarixi məlum olub

QMİ sədri: Bir əlində xaç, bir əlində avtomat işğalçı müharibə təbliğatı aparmaq din xadimlərinə yaraşmaz

QMİ 20 Yanvar faciəsinin ildönümü ilə bağlı videokonfrans keçirib

QMİ sədri: Bu gün Türkiyənin 90 min məscidində şəhidlərimizin ruhu yad edilir

QMİ sədri: Ölkə dindarları dövlət rəhbərimizin qətiyyətli addımlarını dəstəkləyirlər 

QMİ koronavirusla bağlı videokonfrans formatında görüş keçirib

03 Avqust 2021, 02:19 (GMT +4)
Tokio-2020: Bu gün 4 idmançımız çıxış edəcək

03 Avqust 2021, 01:55 (GMT +4)
Tokio-2020: Medal sıralamasında lider dəyişməyib

03 Avqust 2021, 01:20 (GMT +4)
Tokio-2020: Futbolda Kanada - İsveç finalı olacaq

03 Avqust 2021, 00:48 (GMT +4)
"Chessable Masters": Şəhriyar Məmmədyarov Levon Aronyanla heç-heçə edib

03 Avqust 2021, 00:30 (GMT +4)
Tokio-2020: Kubalı güləşçi tarixə düşüb

02 Avqust 2021, 23:15 (GMT +4)
HİK çox yaxşı komanda oyunu sərgiləyir - Samir Abasov 

02 Avqust 2021, 18:02 (GMT +4)
Ceyhun Bayramov BMT-nin Azərbaycandakı nümayəndəsilə görüşüb

02 Avqust 2021, 17:53 (GMT +4)
İspaniya meşə yanğınları ilə mübarizə üçün Türkiyəyə təyyarə göndərəcək

02 Avqust 2021, 17:51 (GMT +4)
Deputat Eldəniz Səlimov YAP-dan çıxarılıb

02 Avqust 2021, 17:46 (GMT +4)
İranın yeni prezidentinin andiçmə mərasiminə 10 dövlət başçısı qatılacaq

02 Avqust 2021, 17:42 (GMT +4)
Sumqayıt sakini Biləsuvarda "patı" və heroinlə tutulub

02 Avqust 2021, 17:34 (GMT +4)
DİN deputat Eldəniz Səlimovla bağlı münasibətini açıqlayıb

02 Avqust 2021, 17:26 (GMT +4)
Ermənistanda yeni müdafiə naziri təyin olunub

02 Avqust 2021, 17:18 (GMT +4)
Baş nazir azad edilən ərazilərdə aşkarlanan kütləvi və fərdi məzar yerləri ilə bağlı göstəriş verib

02 Avqust 2021, 17:08 (GMT +4)
ABŞ İraqın Bəsrə şəhərindəki konsulluğunu bağlayıb

02 Avqust 2021, 17:05 (GMT +4)
Altı ayda dövlət qeydiyyatına alınmış daşınmaz əmlakların sayı açıqlanıb

02 Avqust 2021, 16:50 (GMT +4)
FHN: Yardımlıda meşədə yanğın başlayıb

02 Avqust 2021, 16:43 (GMT +4)
Çində sel qurbanlarının sayı 300-ü keçib

02 Avqust 2021, 16:39 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

02 Avqust 2021, 16:29 (GMT +4)
Konfrans Liqası: “Qarabağ”ın da potensial rəqibi bəlli olub

02 Avqust 2021, 16:25 (GMT +4)
İranın Britaniyadakı səfiri Londonda XİN-ə çağırılıb

02 Avqust 2021, 16:23 (GMT +4)
Almaniyada yaşı 100-dən yuxarı olan konslager gözətçisinin məhkəməsi keçiriləcək 

02 Avqust 2021, 16:18 (GMT +4)
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

02 Avqust 2021, 16:11 (GMT +4)
Tokio-2020: Türkiyə üçüncü bürünc medalını qazanıb

02 Avqust 2021, 16:10 (GMT +4)
DİN: Bərdədə azyaşlı qızı zorlamaqda şübhəl bilinən şəxs həbs edilib

02 Avqust 2021, 16:06 (GMT +4)
"Qarabağ" AEL-lə oyuna hazırlaşır - (FOTOLAR)

02 Avqust 2021, 16:00 (GMT +4)
Tokio-2020: Güləşçimiz Elis Monolova medal şansını saxlayıb

02 Avqust 2021, 15:57 (GMT +4)
"AzerGold"un 2035-ci ilədək dağ-mədən sənayesindən ölkə ÜDM-nə 22 mlrd. manat töhfə verəcəyi proqnozlaşdırılır

02 Avqust 2021, 15:47 (GMT +4)
Cüdo yığmamızın məşqçilər heyəti istefaya göndərilib

02 Avqust 2021, 15:45 (GMT +4)
Türkiyədə 7 meşə yanğınının söndürülməsi üzərində işlər davam edir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66