Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycanda ilk dəfə kənd təsərrüfatı heyvanlarının sığorta kalkulyatoru istifadəyə verilib

15 Mart 2021, 10:45 (GMT +4)

Bakı, 15 mart, SalamNews. Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta mexanizmi çərçivəsində ölkədə ilk dəfə olaraq kənd təsərrüfatı heyvanlarının sığorta kalkulyatoru istifadəyə verilib.

Aqrar Sığorta Fondundan SalamNews-a daxil olan məlumata görə, artıq mal-qara və heyvandarlıq təsərrüfatının sahibləri bu kalkulyatorun köməyi ilə öz heyvanlarının sığorta haqqını müstəqil şəkildə hesablaya biləcəklər.

Xatırladaqki, ölkədə ilk dəfə tətbiq edilən dövlət dəstəyi ilə aqrar sığorta mexanizmi vasitəs ilə hazırda 1-7 yaşlı südlük inək və camışları sığortalamaq mümkündür.

Kalkulyatorun istifadəyə verilməsində məqsəd fermerləri aqrar sığorta tarifləri, o cümlədən heyvanların sığortası haqları barədə daha aktiv məlumatlandırmaqdır. Fermerlər  və aqrar sahədə çalışanlar aqrar sığorta kalkulyatorundan istifadə etməklə sığortanın əhatə etdiyi heyvanların sığorta haqqını və sığorta məbləğini özləri müstəqil olaraq hesablayabiləcəklər.

Xatırladaqki, aqrar sığorta qaydalarına görə, hesablanmış sığorta haqqının 50%-ni dövlət ödəyir.

Aqrar sığorta kalkulyatorundan istifadə üsulu sadədir. İstənilən şəxs kalkulyatora daxil olaraq ona məxsus olan kənd təsərrüfatı heyvanlarının növünü, sayını və qiymətini, eləcədə, istədiyi təminatı və sığorta müddətini daxil etməklə ödəyəcəyi sığorta haqqını asanlıqla hesablaya bilər.

Kalkulyatordan istifadə edərkən, sığorta haqqının ümumi məbləği ilə yanaşı, dövlətin və fermerin ödəyəcəyi məbləğlərdə ayrıca göstərilir. Bu da kənd təsərrüfatı sahəsində çalışanların sığorta tarifləri və haqları ilə daha asan şəkildə tanış olmasına, öz gəlirlərini və xərclərini planlaşdırmasına kömək edəcək.

Heyvanların sığortası kalkulyatoruna bu linkdən keçmək olar (https://asf.gov.az/insurance-calculators/livestock-insurance)

Xatırladaq ki bir neçə gün əvvəl Azəraycanda ilk dəfə olaraq əkin sahələrinin aqrar sığortası üzrə kalkulyator da istifadəyə verilib. Bitkilərin sığorta kalkulyatoruna bu linkdən keçmək olar: (https://asf.gov.az/insurance-calculators/crop-insurance)

Hazırda Aqrar Sığorta Fondu 1 növ heyvan (südlük inək-camışlar), 14 növ bitkiləri (buğda, arpa, çəltik, qarğıdalı, kartof, üzüm, naringi, limon, portağal, fındıq, çay, pambıq, tütün, çuğundur) və balıqları sığorta edir. Bu bitkilər ölkədəki bütün əkin sahələrinin 85%-ni təşkil edir.

Qarşıdakı aylarda sığortalanan bitki və heyvanların siyahısının daha da genişləndirilməsi, nəticədə aqrar sığortanın ölkədəki bütün əkin sahələrinin 95%-ni əhatə etməsi nəzərdə tutulur.

Xatırladaq ki, aqrar sığorta qaydalarına görə, hesablanmış aqrar sığorta haqqının 50%-ni dövlət ödəyir.

 





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ASA ilə Aqrar Sığorta Fondu arasında memorandum imzalanıb

Aqrar Sığorta Fondu Balakən və Zaqatalada fermerlərlə görüşlər keçirib

Aqrar Sığorta Fondu İsmayıllıda fermerlərlə görüşüb

Nazirlər Kabineti Aqrar Sığorta Fondunun Nizamnaməsini təsdiqləyib

Azərbaycanda aqrar sığorta fondu yaradılacaq 

03 Avqust 2021, 10:40 (GMT +4)
Füzulidə Azərbaycan sərhədini pozan Rusiya vətəndaşı saxlanılıb

03 Avqust 2021, 10:31 (GMT +4)
KİV: Rabitə kanallarını bərpa etməyi Şimali Koreya Cənubi Koreyaya təklif edib

03 Avqust 2021, 10:30 (GMT +4)
Rəsmi Moskva İsrail gəmisinin İran tərəfindən vurulması ilə bağlı iddialara münasibət bildirib

03 Avqust 2021, 10:23 (GMT +4)
Türkiyə DİN PKK-nın meşə yanğınları ilə əlaqəsinin olduğuna dair xəbərlərə münasibət bildirib

03 Avqust 2021, 10:20 (GMT +4)
Xaricdə doktorantura təhsili üçün sənəd qəbulunun vaxtı uzadılıb

03 Avqust 2021, 10:10 (GMT +4)
Tovuzda yeni avtomobil tuneli inşa edilir

03 Avqust 2021, 10:06 (GMT +4)
Husilər Səudiyyə Ərəbistanı koalisiyasının PUA-sını vurublar (VİDEO)

03 Avqust 2021, 10:00 (GMT +4)
Bakıda gecə klubunun icarədarı karantin qaydalarının pozulması ilə bağlı 4000 manat cərimələnib

03 Avqust 2021, 09:50 (GMT +4)
Mərakeşdə koronavirusla bağlı məhdudiyyətlər sərtləşdirilib

03 Avqust 2021, 09:50 (GMT +4)
İyulda 1400-dən çox şəxsə elektron qaydada pensiya təyin olunub

03 Avqust 2021, 09:42 (GMT +4)
Rəcəb Təyyib Ərdoğan Tunis prezidentini parlamentin buraxılması ilə bağlı qərarını dəyişməyə çağırıb

03 Avqust 2021, 09:40 (GMT +4)
Bu gün müəllim olmaq istəyən 3000-dən çox namizəd üçün təkrar imtahan keçirilir

03 Avqust 2021, 09:30 (GMT +4)
Toy qaydalarını pozduğuna görə daha 1 nəfər barədə cinayət işi açılıb, 89 nəfər cərimələnib

03 Avqust 2021, 09:26 (GMT +4)
İran Britaniya və Rumuniya səfirlərini Tehranda XİN-ə çağırıb

03 Avqust 2021, 09:20 (GMT +4)
Energetika Nazirliyində növbəti vətəndaş qəbulu keçirilib

03 Avqust 2021, 09:18 (GMT +4)
Türkiyədə hazırda 13 meşə yanğınının söndürülməsi üzrə işlər davam edir

03 Avqust 2021, 09:10 (GMT +4)
Kürdəxanıda ağır yol qəzasında altı nəfər yaralanıb

03 Avqust 2021, 09:00 (GMT +4)
Bu gün Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası keçiriləcək

03 Avqust 2021, 07:53 (GMT +4)
Azərbaycan Milli Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyəti İrana gedir

03 Avqust 2021, 02:19 (GMT +4)
Tokio-2020: Bu gün 4 idmançımız çıxış edəcək

03 Avqust 2021, 01:55 (GMT +4)
Tokio-2020: Medal sıralamasında lider dəyişməyib

03 Avqust 2021, 01:20 (GMT +4)
Tokio-2020: Futbolda Kanada - İsveç finalı olacaq

03 Avqust 2021, 00:48 (GMT +4)
"Chessable Masters": Şəhriyar Məmmədyarov Levon Aronyanla heç-heçə edib

03 Avqust 2021, 00:30 (GMT +4)
Tokio-2020: Kubalı güləşçi tarixə düşüb

02 Avqust 2021, 23:15 (GMT +4)
HİK çox yaxşı komanda oyunu sərgiləyir - Samir Abasov 

02 Avqust 2021, 18:02 (GMT +4)
Ceyhun Bayramov BMT-nin Azərbaycandakı nümayəndəsilə görüşüb

02 Avqust 2021, 17:53 (GMT +4)
İspaniya meşə yanğınları ilə mübarizə üçün Türkiyəyə təyyarə göndərəcək

02 Avqust 2021, 17:51 (GMT +4)
Deputat Eldəniz Səlimov YAP-dan çıxarılıb

02 Avqust 2021, 17:46 (GMT +4)
İranın yeni prezidentinin andiçmə mərasiminə 10 dövlət başçısı qatılacaq

02 Avqust 2021, 17:42 (GMT +4)
Sumqayıt sakini Biləsuvarda "patı" və heroinlə tutulub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66