İtaliyada koronavirusdan ölənlərin sayı 100 mini keçib09 Mart 2021, 14:17 (GMT +4) Bakı, 9 mart, SalamNews. İtaliyada son sutkada koronavirusdan 318 nəfər ölüb, ölənlərin ümumi sayı 100 mini keçib.
SalamNews -un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumatında deyilir.
Bir gün əvvəl 207 nəfərin öldüyü xəbər verilirdi. Son 24 saat ərzində 13.902 nəfər virusa yoluxub.
Ümumilikdə, ölkədə 3.081.368 nəfər virusa yoluxub.
|