Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycanda sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti uzadılıb

09 Mart 2021, 13:39 (GMT +4)

Bakı, 9 mart, SalamNews. Azərbaycanda sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti uzadılıb.

SalamNews-un xəbərinə görə, bununla bağlı “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2022-ci il yanvarın 1-dək dayandırılır.

Əvvəl bu müddət 2021-ci il yanvarın 1-dək müəyyən edilmişdi.

Qeyd edək ki, qanuna təklif edilən dəyişiklik aşağıdakıları nəzərdə tutur:

Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddətinin (qanunun 2.1-ci maddəsində nəzərdə tutulan yoxlamalar istisna olmaqla) daha bir il - 1 yanvar 2022-ci ilədək uzadılması;

Yoxlamaların dayandırıldığı müddət başa çatdıqdan sonra həmin dövrdəki fəaliyyətlə bağlı yoxlamaların aparılmasının qadağan edilməsi.

Qanunun 2.1-ci maddəsində nəzərdə tutulan yoxlamalar isə aşağıdakılardır:

vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar.

Bu yoxlamalar qanunda nəzərdə tutulmuş müddətdə aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

21 Aprel 2021, 18:02 (GMT +4)
Bakıda xadimə işlədiyi evdən 45 min manat oğurlayıb

21 Aprel 2021, 17:56 (GMT +4)
Putin və Lukaşenko aprelin 22-də Moskvada danışıqlar aparacaq

21 Aprel 2021, 17:54 (GMT +4)
Göygöldə kafe sahibini ölümlə hədələyən şəxs saxlanılıb

21 Aprel 2021, 17:48 (GMT +4)
Bakıda oğurluq edən şəxs tutulub

21 Aprel 2021, 17:41 (GMT +4)
Daha bir marşrut xətti "BakıKart"a keçir

21 Aprel 2021, 17:32 (GMT +4)
MN Ağdam rayonunun Baş Qərvənd kəndindən videogörüntülər yayıb (VİDEO)

21 Aprel 2021, 17:24 (GMT +4)
Baş Prokurorluq Bərdədə həkim səhlənkarlığı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

21 Aprel 2021, 17:20 (GMT +4)
Vyaçeslav Volodin: İlham Əliyevlə Vladimir Putin arasında həmişə yaxşı münasibətlər olub

21 Aprel 2021, 17:12 (GMT +4)
Türkiyənin Azərbaycandakı yeni səfiri vəzifəsinin icrasına başlayıb

21 Aprel 2021, 17:02 (GMT +4)
Almaniya Əfqanıstandakı qüvvələrini daha tez çıxaracağını bildirib

21 Aprel 2021, 16:57 (GMT +4)
Ukraynada fövqəladə rejim və karantin rejimi uzadılıb

21 Aprel 2021, 16:50 (GMT +4)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

21 Aprel 2021, 16:36 (GMT +4)
Azərbaycanda daha 2 075 nəfər COVID-19-a yoluxub, 32 nəfər ölüb

21 Aprel 2021, 16:28 (GMT +4)
Putin bütün vətəndaşları COVID-19-a qarşı peyvənd vurdurmağa çağırıb

21 Aprel 2021, 16:22 (GMT +4)
Azərbaycan Mərkəzi Bankının sədri Dünya Bankının rəsmisi ilə görüş keçirib

21 Aprel 2021, 16:12 (GMT +4)
Ombudsman DTX-nin müvəqqəti saxlama yeri və istintaq təcridxanasına baş çəkib

21 Aprel 2021, 15:58 (GMT +4)
Putin: Rusiya Dağlıq Qarabağda silahlı münaqişənin dayandırılmasında vacib rol oynayıb

21 Aprel 2021, 15:54 (GMT +4)
YAP sədrinin müavini Əli Əhmədov İCAPP-ın tədbirində iştirak edib

21 Aprel 2021, 15:45 (GMT +4)
Yarım milyon manatdan çox pul mənimsəyən bank xəzinədarı tutulub

21 Aprel 2021, 15:41 (GMT +4)
Bəşər Əsəd dördüncü dəfə olaraq prezidentliyə namizədliyini irəli sürüb

21 Aprel 2021, 15:35 (GMT +4)
Qazi Sahil Həsənli yüksək texnologiyalı protezlə təmin ediləcək

21 Aprel 2021, 15:25 (GMT +4)
Ərdoğan: Türkiyə nə qədər güclü olarsa, yolunda bir o qədər maneə olar

21 Aprel 2021, 15:18 (GMT +4)
Azərbaycanda quşları müşahidə etmək istəyən turistlərə xidmət üzrə strategiya hazırlanıb

21 Aprel 2021, 15:05 (GMT +4)
“Qərbi Azəri” platformasından hasilat 15 gün müddətinə dayandırılacaq

21 Aprel 2021, 14:52 (GMT +4)
ABŞ polisi 16 yaşlı afroamerikalı qızı öldürüb

21 Aprel 2021, 14:50 (GMT +4)
Bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzillər təqdim olunub (FOTO)

21 Aprel 2021, 14:36 (GMT +4)
Bu günə qədər AÇG və “Şahdəniz”dən 561 mln tona yaxın neft ixrac edilib

21 Aprel 2021, 14:28 (GMT +4)
İsraildə raketlərin istehsal edildiyi zavodda güclü partlayış baş verib (VİDEO)

21 Aprel 2021, 14:18 (GMT +4)
Rusiyada son sutkada təxminən 400 koronavirus xəstəsi ölüb

21 Aprel 2021, 14:12 (GMT +4)
Şəhid İlkin Məmmədzadənin xatirəsinə beynəlxalq turnirin qalibləri müəyyənləşib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66