Bayden iki qadına Silahlı Qüvvələrin komandanlığında yüksək rütbə verib09 Mart 2021, 12:05 (GMT +4) Bakı, 9 mart, SalamNews. ABŞ prezidenti Co Bayden iki qadını ölkənin silahlı qüvvələrində komandanlıq vəzifələrinə təyin etdiyini açıqlayıb. SalamNews RİA Novosti-yə istinadən xəbər verir ki, dövlət başçısı Ağ Evdəki mərasimdə general Jaklin Van Ovostun ABŞ Hərbi Hava Qüvvələrinin Nəqliyyat Komandanlığının rəhbəri, general-leytenant Laura Riçardsonun isə ABŞ-ın Cənub Komandanlığının başçısı vəzifəsinə təyin etdiyini açıqlayıb.
Məlumata görə, qadınların dörd ulduzlu general rütbəsinə yüksələcək.
Bu, ABŞ-da ən yüksək hərbi rütbədir.
"Bu gün Beynəlxalq Qadınlar Günüdür və hamımız maneələri aşan bu qadınların uğurlarını qəbul etməliyik", Bayden bildirib.
|