Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Azərbaycanda pasport üçün fotolarda baş örtüyündən istifadəyə icazə verilməsi təklif olunur

09 Mart 2021, 12:00 (GMT +4)

Bakı, 9 mart, SalamNews. Ərizəçi İ. Azərbaycan Ombudsmanına müraciət edərək, həyat yoldaşının baş örtüyündən (hicabdan) istifadə etdiyini, Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə əsasən, üz görünüşünün fotoşəkil üçün uyğun olmasına baxmayaraq, Gədəbəy Rayon Polis Şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsi tərəfindən fotoşəklin çəkilməsindən imtina edildiyini bildirib, məsələnin qanunamüvafiq həllində köməklik göstərilməsini xahiş edib.

SalamNews-un xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2020-ci il üzrə məruzəsində bildirilib.

Ombudsmanın şikayətdə əks etdirilmiş halların yoxlanılması ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətə verilmiş cavabda bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli, 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 2.10-cu və Azərbaycan Respublikası Prezidentinin 2013-ci il 11 iyun tarixli, 908 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 3.8-ci bəndlərinə əsasən, vətəndaşın Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) tələblərinə uyğun fotoşəklinin çəkilməsi müvafiq olaraq, vəsiqə və pasport verən orqanlarda həyata keçirilir. Həmin təşkilatın 9303 nömrəli sənədində fotoşəkillərin yol verilən və yol verilməyən nümunələri dəqiq göstərilib.

Nümunələrdə fotoşəklin çəkilməsi zamanı baş örtüklərindən istifadə edilməsinin yolverilməzliyi, istisna hal kimi isə səlahiyyətli dövlət orqanları tərəfindən konkret nəzərdə tutulmuş halların mövcudluğu qeyd olunub. Həmin hallara dini adətlər, tibbi göstərişlər və mədəni ənənələr aid edilib. Bununla belə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə yuxarıda göstərilən müstəsna hallar nəzərdə tutulmadığından şəxsiyyət vəsiqəsinin və ümumvətəndaş pasportunun alınması üçün baş örtüyü ilə fotoşəklin çəkilməsinin yolverilməz olduğu bildirilib.

Qeyd edilənləri nəzərə alaraq, Ombudsman “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununda şəxsiyyət vəsiqəsinin üzərində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) tələblərinə uyğun fotoşəklin yerləşdirilməsinin nəzərdə tutulmasına baxmayaraq, həmin tələblərə aydınlıq gətirilmədiyi və bu halların şikayətlərə səbəb olduğu üçün fotoşəkillərin yol verilən nümunələrinin (baş örtüklərindən istifadə edilməsi və s.) əks etdirilməsi ilə bağlı müvafiq qanuna, habelə “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklərin edilməsini təklif edir.

"Ombudsman azadlıq hüququnun müdafiəsi ilə bağlı ünvanına daxil olmuş digər müraciətlərə də diqqətlə yanaşıb, pozulmuş hüquqların bərpasına nail olub" - məruzə sənədində bildirilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Ombudsman Aparatı: Sarkisyanın dedikləri əsasında Ermənistana sanksiyalar tətbiq edilməlidir

Ombudsman Aparatında 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı videokonfrans təşkil edilib

Ombudsman Aparatı: Gəncədə ölənlərin və yaralıların sayında artım ola bilər

Ombudsman Aparatı ermənilərin sərhəddəki təxribatı ilə bağlı açıqlama yayıb

Ombudsman Aparatı COVID-19-a qarşı mübarizə üzrə dəstək kampaniyasına qoşulub

Ombudsman aparatı nümayəndələri hərbi hissədə olublar

Ombudsman aparatı nümayəndələri hərbi hissədə olublar

Ombudsman Aparatının nümayəndələri hərbi təhsil müəssisələrində olublar

Ombudsman Aparatı Emin Aslanovla bağlı məlumat yayıb

Ombudsman aparatının nümayəndələri hərbi hospitalda olublar

Ombudsman aparatının əməkdaşı hərbi hospitalda olub (FOTO)

Müdafiə nazirliyi ilə Ombudsman Aparatı birgə tədbirlər planı imzalayıb

Ombudsman aparatının nümayəndələri cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar

Ombudsman aparatının nümayəndələri hərbi təhsil müəssisələrində olublar

Ombudsman aparatının nümayəndələri ön xətdəki bölmələrdə olublar

Ombudsman aparatının nümayəndələri hərbi hissələrə baş çəkiblər

Ombudsman Aparatının nümayəndələri Mehman Hüseynova baş çəkiblər

Ombudsman Aparatında istehlakçıların hüquqlarının müdafiəsi məsələsi müzakirə edilib

Ombudsman aparatının nümayəndələri hərbi hissələrə baxış keçiriblər (FOTO)

Ombudsman Aparatında Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan “dəyirmi masa” keçirilib

10 Aprel 2021, 16:15 (GMT +4)
Myanma ordusu dinc nümayişçilərə atəş açıb: 20 nəfər ölüb

10 Aprel 2021, 16:04 (GMT +4)
Bərdədə toy məclisi təşkil edən şəxs müəyyən olunub

10 Aprel 2021, 15:52 (GMT +4)
Azərbaycan nefti cüzi bahalaşıb

10 Aprel 2021, 15:40 (GMT +4)
Britaniyada II Elizabetin Şahzadə Filipin  ölümündən sonra taxtdan imtina edəcəyi istisna edilib

10 Aprel 2021, 15:30 (GMT +4)
Balakəndə icra başçısı və polis rəisi reyd keçirib

10 Aprel 2021, 15:17 (GMT +4)
İraq baş naziri İŞİD-in ikinci adamının öldürüldüyünü bildirib

10 Aprel 2021, 15:15 (GMT +4)
Paytaxtda daxili iməclik və geniş dezinfeksiya keçirilib

10 Aprel 2021, 15:07 (GMT +4)
Yaponiyanın cənub-qərbində bir gündə beş zəlzələ baş verib

10 Aprel 2021, 14:56 (GMT +4)
Baş katib: “Türkdilli dövlətlər işğaldan azad edilmiş ərazilərin bərpasında Azərbaycanın yanında olacaq”

10 Aprel 2021, 14:45 (GMT +4)
Rusiya Türkiyə ilə hava nəqliyyatını məhdudlaşdıra bilər

10 Aprel 2021, 14:38 (GMT +4)
Hikmət Hacıyev Türkiyə Prezident Administrasiyasının idarə sədri ilə görüşüb

10 Aprel 2021, 14:27 (GMT +4)
Cibutinin hazırkı prezidenti seçkilərdə qalib gəlib

10 Aprel 2021, 14:26 (GMT +4)
Bakıda Türk Şurasının informasiya və media üzrə məsul rəsmilərinin toplantısı keçirilir

10 Aprel 2021, 14:15 (GMT +4)
“YAŞAT” Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb

10 Aprel 2021, 14:05 (GMT +4)
Suriyanın əsas neft emalı zavodu İran yanacağının bu ölkəyə çatmasından sonra işə başlayıb

10 Aprel 2021, 13:58 (GMT +4)
Türkiyə Yunanıstanı terrorçuları dəstəkləməkdə ittiham edib 

10 Aprel 2021, 13:50 (GMT +4)
Oğuzda toy mərasimi keçirənlər cərimələnib

10 Aprel 2021, 13:37 (GMT +4)
Erkan Özoral: Mən Azərbaycan ilə Türkiyəni heç vaxt bir-birindən ayırmadım

10 Aprel 2021, 13:26 (GMT +4)
Zabrat Hava Limanı ərazisində təlim keçirilib

10 Aprel 2021, 13:13 (GMT +4)
Sumqayıtda 3 koronavirus xəstəsinə cinayət işi başlanılıb

10 Aprel 2021, 13:02 (GMT +4)
Fransada naməlum şəxslər məscidi yandırıb

10 Aprel 2021, 12:54 (GMT +4)
Səudiyyə Ərəbistanında dövlətə xəyanətdə ittihamlandırılan üç hərbçi edam edilib

10 Aprel 2021, 12:50 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

10 Aprel 2021, 12:37 (GMT +4)
Bakıda gəmidə baş vermiş yanğın söndürülüb

10 Aprel 2021, 12:25 (GMT +4)
Dağlıq ərazilərdə müasir kombaynlarla taxıl biçini aparacaq mexanizatorlar sertifikatla təmin ediliblər

10 Aprel 2021, 12:20 (GMT +4)
Türkiyədə turistləri daşıyan avtobus qəzaya düşüb, ölən və yaralananlar var

10 Aprel 2021, 12:16 (GMT +4)
Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri HHQ-nin hərbi hissəsini ziyarət edib

10 Aprel 2021, 12:11 (GMT +4)
İran nüvə texnologiyası sahəsinə aid 133 məhsulun və layihənin açılışını edib (VİDEO)

10 Aprel 2021, 12:04 (GMT +4)
Prezident: “Bütün sahələrdə Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, birliyi özünü təsdiq etdi”

10 Aprel 2021, 11:57 (GMT +4)
Gürcüstanda COVID-19-dan daha 11 nəfər daha ölüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66