Mobil versiya RU AZ
_




DÜNYA » SİYASƏT

Azərbaycan ABŞ-dakı erməni lobbisinin Pakistana hücumlarını pisləyib (FOTO)

09 Mart 2021, 10:30 (GMT +4)

Bakı, 9 mart, SalamNews. Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev və Türkiyənin Los-Ancelesdəki baş konsulu Can Oğuzun birgə iştirakı ilə martın 4-də ABŞ-dakı Pakistan icmasının rəhbərlərilə onlayn görüş keçirilib.

Bu barədə SalamNews-a Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Görüşdə çıxış edən baş konsul N.Ağayev Vətən Müharibəsi dövründə qardaş Türkiyə və Pakistanın Azərbaycanın haqq mübarizəsinə verdiyi hərtərəfli siyasi dəstəyə görə minnətdar olduğumuzu, bu mübarizəmizin nəticəsində 30 illik qanunsuz işğaldan sonra Azərbaycanın öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdiyini diqqətə çatdırıb.

Diplomat həm müharibə, həm də ondan sonrakı dövrdə ABŞ-ın Pakistan icmasının xüsusilə Los-Ancelesdə Azərbaycana tam dəstəyini nümayiş etdirdiyini qeyd edərək, icma rəhbərlərinə təşəkkürünü bildirib. Pakistan icması ilə son illərdə sıx dostluq münasibətlərinin qurulmasından bəhs edən N.Ağayev bu prosesin məhz Los-Ancelesdə başladığını və Azərbaycan, Pakistan və Türkiyə Baş Konsulluqlarının səylərilə, keçirilən birgə tədbirlərlə hər üç icma arasında da yaxın münasibətlərin yarandığını vurğulayıb.

N.Ağayev Pakistanın Azərbaycana göstərdiyi dəstəyə görə ABŞ-dakı radikal erməni lobbisinin müharibədən sonra Pakistana qarşı çirkin qarayaxma kampaniyasına start verdiyini qeyd edərək, bunun bir daha bu ekstremist lobbi qruplarının əsl xislətini nümayiş etdirdiyini diqqətə çatdırıb. Baş konsul bildirib ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinin davam etməsində maraqlı olan erməni lobbisi yalnız özü haqda düşünür və buna görə də bu lobbi təşkilatları regionda sülhün bərqərar olmasında əsla maraqlı deyil. Çünki Ermənistanın öz qonşuları ilə normal münasibətlərinin yaranacağı təqdirdə erməni lobbi təşkilatlarının ianə toplamaq və diasporu radikal ideologiya ətrafında səfərbər etmək imkanları da azalacaq. Təsadüfi deyil ki, 10 noyabr razılaşmasından sonra erməni lobbisi bu razılaşmanın pozulması, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasının qarşısının alınması və yeni müharibənin alovlanması üçün dəridən-qabıqdan çıxır.

Erməni lobbisinin Pakistana qarşı bu məkrli hücumları başlayan kimi Baş Konsulluğun bu hücumları dərhal pislədiyini və Pakistan icması ilə həmrəylik nümayiş etdirdiyini qeyd edən N.Ağayev, qardaş Azərbaycan, Türkiyə və Pakistan icmaları arasında sıx münasibətlərin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Sonra çıxış edən Türkiyənin baş konsulu C.Oğuz üç ölkə arasında tarixi qardaşlıq və əməkdaşlıq münasibətlərinə diqqət çəkib. O, Türkiyənin Vətən Müharibəsi dövründə Azərbaycana siyasi dəstəyinin iki ölkə arasındakı sarsılmaz əlaqələrə, eləcə də beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə əsaslandığını qeyd edib.

C.Oğuz çıxışında qardaş Pakistanın Azərbaycana qəti dəstəyini alqışladıqlarını bildirərək, Kaliforniyada Azərbaycan və Türkiyəni hədəf alan erməni lobbisinin artıq Pakistan icmasına qarşı hücuma keçdiyini təəssüflə bildirib. O, Kaliforniyadakı siyasətçilərin qərəzli yanaşmadan çəkinərək, Türkiyə, Azərbaycan və Pakistan icmalarının da fikir və narahatlıqlarını dinləməsinin və nəzərə almasının zəruriliyini vurğulayıb.

Sonra çıxış edən Pakistan icma rəhbərləri daim qardaş Azərbaycan və Türkiyənin yanında olduqlarını qeyd edərək, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsindən böyük məmnunluq hissi keçirdiklərini və bunun regionda davamlı sülhə yol açacağına inandıqlarını bildiriblər.

Qeyd edək ki, ABŞ-da hazırda 1 milyona yaxın, Kaliforniyada isə 250 mindən çox pakistanlı yaşayır və bu icmanın ABŞ-ın ictimai-siyasi həyatında rolu və nüfuzu durmadan artır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

10 Aprel 2021, 14:56 (GMT +4)
Baş katib: “Türkdilli dövlətlər işğaldan azad edilmiş ərazilərin bərpasında Azərbaycanın yanında olacaq”

10 Aprel 2021, 14:45 (GMT +4)
Rusiya Türkiyə ilə hava nəqliyyatını məhdudlaşdıra bilər

10 Aprel 2021, 14:38 (GMT +4)
Hikmət Hacıyev Türkiyə Prezident Administrasiyasının idarə sədri ilə görüşüb

10 Aprel 2021, 14:27 (GMT +4)
Cibutinin hazırkı prezidenti seçkilərdə qalib gəlib

10 Aprel 2021, 14:26 (GMT +4)
Bakıda Türk Şurasının informasiya və media üzrə məsul rəsmilərinin toplantısı keçirilir

10 Aprel 2021, 14:15 (GMT +4)
“YAŞAT” Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb

10 Aprel 2021, 14:05 (GMT +4)
Suriyanın əsas neft emalı zavodu İran yanacağının bu ölkəyə çatmasından sonra işə başlayıb

10 Aprel 2021, 13:58 (GMT +4)
Türkiyə Yunanıstanı terrorçuları dəstəkləməkdə ittiham edib 

10 Aprel 2021, 13:50 (GMT +4)
Oğuzda toy mərasimi keçirənlər cərimələnib

10 Aprel 2021, 13:37 (GMT +4)
Erkan Özoral: Mən Azərbaycan ilə Türkiyəni heç vaxt bir-birindən ayırmadım

10 Aprel 2021, 13:26 (GMT +4)
Zabrat Hava Limanı ərazisində təlim keçirilib

10 Aprel 2021, 13:13 (GMT +4)
Sumqayıtda 3 koronavirus xəstəsinə cinayət işi başlanılıb

10 Aprel 2021, 13:02 (GMT +4)
Fransada naməlum şəxslər məscidi yandırıb

10 Aprel 2021, 12:54 (GMT +4)
Səudiyyə Ərəbistanında dövlətə xəyanətdə ittihamlandırılan üç hərbçi edam edilib

10 Aprel 2021, 12:50 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

10 Aprel 2021, 12:37 (GMT +4)
Bakıda gəmidə baş vermiş yanğın söndürülüb

10 Aprel 2021, 12:25 (GMT +4)
Dağlıq ərazilərdə müasir kombaynlarla taxıl biçini aparacaq mexanizatorlar sertifikatla təmin ediliblər

10 Aprel 2021, 12:20 (GMT +4)
Türkiyədə turistləri daşıyan avtobus qəzaya düşüb, ölən və yaralananlar var

10 Aprel 2021, 12:16 (GMT +4)
Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri HHQ-nin hərbi hissəsini ziyarət edib

10 Aprel 2021, 12:11 (GMT +4)
İran nüvə texnologiyası sahəsinə aid 133 məhsulun və layihənin açılışını edib (VİDEO)

10 Aprel 2021, 12:04 (GMT +4)
Prezident: “Bütün sahələrdə Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, birliyi özünü təsdiq etdi”

10 Aprel 2021, 11:57 (GMT +4)
Gürcüstanda COVID-19-dan daha 11 nəfər daha ölüb

10 Aprel 2021, 11:50 (GMT +4)
Polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı 64 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

10 Aprel 2021, 11:45 (GMT +4)
Ermənistanın keçmiş səfiri Paşinyanı pəncərədən atacağına söz verib

10 Aprel 2021, 11:36 (GMT +4)
Vətən müharibəsi iştirakçıları və ailə üzvlərinin 3 milyon manata yaxın borcu ödənilib

10 Aprel 2021, 11:25 (GMT +4)
Bayden Şahzadə Filipi "əla oğlan" adlandırıb

10 Aprel 2021, 11:18 (GMT +4)
Misirlə Türkiyə arasında münasibətlərin normallaşdırılması üçün aparılan danışıqlar dayandırılıb

10 Aprel 2021, 11:10 (GMT +4)
DYP hərəkət iştirakçılarına müraciət edib

10 Aprel 2021, 10:56 (GMT +4)
Azərbaycan Prezidenti Türkiyə səfirini “Dostluq” ordeni ilə təltif edib

10 Aprel 2021, 10:52 (GMT +4)
Türkiyədə COVID-19-a yoluxmada rekord göstərici qeydə alınıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66