Estoniya bir ay müddətinə sərt karantin tətbiq edir09 Mart 2021, 09:26 (GMT +4) Bakı, 9 mart, SalamNews. Estoniya hökuməti, 11 mart tarixindən etibarən "İngiltərə" növünün yayılması səbəbindən məhdudiyyətləri sərtləşdirməyə qərar verib.
SalamNews "TASS"a istinadən xəbər verir ki, bunu Baş nazir Kaya Kallas açıqlayıb.
“Ölkəni mümkün olduğu qədər bağlamağa qərar verdik”, baş nazir "ETV +" kanalının efirində bildirib.
Hökumətin qərarına əsasən, 11 martdan etibarən təhsil müəssisələrində xüsusi qayğıya ehtiyacı olan uşaqlar xaricində bütün şagirdlər üçün distant təhsil tətbiq ediləcək.
Məktəbəqədər uşaqların valideynlərinə, zəruri hallar yaranmadıqca uşaqları bağçaya aparmamaları tövsiyə olunur.
|