Bağdadda zəvvarların yolunda partlayış törədilib, şəhid və yaralananlar var (VİDEO)09 Mart 2021, 09:02 (GMT +4) Bakı, 9 mart, SalamNews, B.Samid. Ötən gecə Bağdadda İmam Musa Kazimin şəhadətilə bağlı ziyarətə gedən zəvvarların yolunda partlayış törədilib.
SalamNews İraq mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi bəyanat verib.
Bildirilib ki, ötən gecə Bağdadın Kazimiyyə rayonunda əl-Əimmə körpüsü yaxınlığında zəvvarların yolunda partlayış törədilib.
Partlayış bir ədəd əl qumbarası vasitəsilə həyata keçirilib.
Nəticədə bir qadın şəhid olub və 9 nəfər yaralanıb. Onların bəzisi zəvvardır.
Qeyd edək ki, bu gün İmam Musa Kazimin şəhid edildiyi gündür. Belə bir gündə insanlar daha çox ziyarət ayinlərini həyata keçirirlər.
|