Azərbaycan Premyer Liqası: "Neftçi" "Keşlə"yə qalib gəlib, "Sumqayıt" heç-heçə edib08 Mart 2021, 21:57 (GMT +4) Bakı, 8 mart, SalamNews, R.Nadirli. Azərbaycan Premyer Liqasında 19-cu tura start verilib.
SalamNews xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. Əvvəlcə "Sumqayıt" "Sabah"ın qonağı olub. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Günün son qarşılaşmasına lider "Neftçi" "Keşlə"ni qəbul edib və 3:1 hesabı ilə qalib gəlib.
“Neftçi” – “Keşlə” - 3:1
Qollar: Namiq Ələsgərov, 6 (1:0), Ömər Buludov, 19 (2:0), Namiq Ələsgərov, 64-pen (3:0), Azər Salahlı, 82 (3:1) Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Nahid Əliyev, Nicat İsmayıllı “ASK Arena”
“Sabah” – “Sumqayıt” - 1:1 Qollar: Təmkin Xəlilzadə, 34 (1:0), Camaləddin Xocaniyazov, 70 (1:1) Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Səbuhi Bayramov “Bank Respublika Arena”
|