Madrid derbisində qollu bərabərlik qeydə alınıb - (VİDEO)08 Mart 2021, 14:45 (GMT +4) Bakı, 8 mart, SalamNews, R.Nadirli. Futbol üzrə İspaniya La Liqasında 26-cı turun oyunları davam edir. SalamNews xəbər verir ki, bazar günü daha dörd görüş baş tutub.Turun mərkəzi görüşü Madriddə keçirilib. Lider “Atletiko” doğma meydanda əzəli rəqibi “Real”ı qəbul edib. “Atletiko” bu görüşdə qələbə qazanaraq, “kral klubu” ilə xal fərqini artırmaq niyyətindəydi. Amma görüş heç-heçə yekunlaşıb. İspaniya La Liqası 26-cı tur Hueska – Selta 3:4 Qol: Siovas, 14. Mir, 16. Ferreyro, 74 – Mina, 5. Nolito, 37. Mallo, 52. Beltran, 76. Atletiko – Real 1:1 Qol: L.Suares, 15 – Benzema, 88. Real Sosyedad – Levante 1:0 Qol: Merino, 15. Atletik – Qranada 2:1 Qol: Vilyalibre, 3. Berenger, 90+1 – Molina, 78.
|