Türkiyə çempionatı: Qalatasaray Sivassporla bacarmayıb - (VİDEO)08 Mart 2021, 14:05 (GMT +4) Bakı, 8 mart, SalamNews, R.Nadirli. Futbol üzrə Türkiyə Super Liqasında 29-cu turun oyunları keçirilir. SalamNews xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.“Fatih Karagümrük” evdə “Ankaragücü”nə, “Hatayspor” “Kayserispor”a, “Gənclərbirliyi” “Başakşəhər”ə uduzub. Ötən tur autsayder “Ankaragücü” qarşısında gözlənilməz məğlubiyyət alan “Qalatasaray” bu dəfə “Sivasspor”la ev oyunundan xal itkisi ilə ayrılıb. Türkiyə Super Liqası 29-cu tur Fatih Karagümrük – Ankaragücü 0:1 Qol: A.Potuk, 56. Hatayspor – Kayserispor 1:3 Qol: Pablo, 54 – İ.Parlak, 24. U.Demirok, 36. P.Enrike, 58. Gənclərbirliyi – Başakşəhər 0:1 Qol: D.Ba, 90. Qalatasaray – Sivasspor 2:2 Qol: Falkao, 14; 68-pen – Qradel, 9; Boyd, 38.
|