İbrahim Kalın: "S-400" üzərindən Türkiyəyə təzyiq əks təsir göstərə bilər08 Mart 2021, 13:24 (GMT +4) Bakı, 8 Mart, SalamNews. Rusiyadan "S-400" zenit raket komplekslərinin alınması ilə əlaqədar ABŞ-dan Türkiyəyə edilən təzyiq əks nəticələrə səbəb ola bilər.
SalamNews -un TASS-a istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın “Bloomberg” agentliyinə müsahibəsində bildirib.
"Başqa bir ölkə üstümüzə gələrək "ya bizim dediyimiz olacaq ya heç biri" tələbləri irəli sürərdə bu bizi başqa istiqamətlərə itələyir", Kalın bildirib.
Onun sözlərinə görə, Türkiyə ilə Rusiya arasında bəzi fikir ayrılıqları var idi, "lakin bunlar konstruktiv dialoq yolu ilə aradan qaldırıldı."
"Niyə ABŞ ilə eyni şeyi edə bilmirik?" - deyə Kalın qeyd edib.
Kalının sözlərinə görə, Türkiyə "S-400" sistemlərini NATO müdafiə sistemini pozmayacaq şəkildə istifadə edə bilər.
|