Bayden gələn ay Yaponiyanın Baş naziri ilə Ağ Evdə görüşməyi planlaşdırır08 Mart 2021, 12:41 (GMT +4) Bakı, 8 mart, SalamNews. ABŞ Prezidenti Co Bayden, bu ilin aprelində Yaponiyanın Baş naziri Yosihide Suqa ilə Ağ Evdə üz-üzə görüşməyi planlaşdırır.
SalamNews bu barədə TASS-a istinadən xəbər verir.
Yaponiya hökumətinin başçısı, Baydenin rəsmi iqamətgahında görüşəcəyi ilk xarici lider olacaq. Görüş apreldən daha gec tarixə salına bilər, hər şey koronavirusun yayılmasına qarşı mübarizədəki uğurdan asılıdır.
İclas ABŞ-Yaponiya ittifaqının əhəmiyyətini vurğulamalı və xarici liderlərin ABŞ-a səfərlərinin ilk hissəsi olmalıdır.
|