Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Lütfi Zadənin 100 illiyinə həsr olunmuş beynəlxalq nəşr təqdim edilib

08 Mart 2021, 12:15 (GMT +4)

Bakı, 8 mart, SalamNews. Məlum olduğu kimi, bu il yanvarın 25-də Prezident İlham Əliyev görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında müvafiq sərəncam imzalayıb.

SalamNews xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, yubileylə əlaqədar “Applied and Computational Mathematics” beynəlxalq jurnalının “Fuzzy logic and its application to modeling epidemies: Coronavirus and beyond” mövzusunda xüsusi buraxılışı dərc olunub.

Qeyd edək ki, ölkəmizdə yeganə impakt faktorlu jurnal olan “Applied and Computational Mathematics” NRYTN, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun həmtəsisçiliyi ilə nəşr edilir. Jurnalın baş redaktorları Azərbaycandan akademiklər Fikrət Əliyev, Əli Abbasov və Ukraynadan professor Vladimir Larindir.

Xüsusi buraxılışda çap olunan məqalələr Lütfi Zadə nəzəriyyəsinin COVID-19-a tətbiqi ilə bağlıdir. Sözügedən buraxılış qeyri-səlis yanaşmanın köməyi ilə yoluxucu xəstəliklərin, xüsusən də yeni koronavirusun yayılma dinamikasının modelləşdirilməsi, proqnozlaşdırılması kimi məsələlərə həsr olunub. Jurnalda Meksika, Kanada, Çin, Türkiyə, Tayvan, Hindistan, İran və digər ölkələrdən olan riyaziyyat, informatika, bioinformatika, tibbi informatika üzrə tanınmış alimlərin koronavirusla bağlı yeni elmi nəticələri yer alıb.

Buraxılışın əsas dəvətli redaktoru qeyri-səlis məntiq üzrə dünyaca tanınmış məşhur alim Tijuana Texnologiya İnstitutunun (Meksika) professoru Oskar Kastillo, digər dəvətli redaktorlar isə Zakia Hammouç (Harran Universiteti, Türkiyə), Abdon Atanqana (Azad Dövlət Universiteti, Cənubi Afrika), Kruz Varqas De Len (Guerrero Muxtar Universiteti, Meksika), Karam Allalidir (Kasablanka II Həsən Universiteti, Mərakeş).

Jurnalın xüsusi buraxılışları beynəlxalq səviyyədə Azərbaycan elminin dünya elminə inteqrasiyası və böyük uğurudur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

14 Aprel 2021, 17:33 (GMT +4)
Paşinyan: Ter-Petrosyan hələ 2018-ci ildə mənə torpaqları Azərbaycana qaytarmağı təklif edib

14 Aprel 2021, 17:31 (GMT +4)
Azərbaycan elektrik enerjisinin ixracını 5%-dən çox artırıb

14 Aprel 2021, 17:22 (GMT +4)
Finlandiya, Rusiya və ABŞ liderlərinin görüşünü təşkil etməyə hazır olduğunu açıqlayıb

14 Aprel 2021, 17:12 (GMT +4)
BDU-nun professoru vəfat edib

14 Aprel 2021, 17:03 (GMT +4)
Kürdüstan muxtariyyəti, ərazisində İsrailə məxsus mərkəzin hücuma məruz qalması xəbərini təkzib edib

14 Aprel 2021, 16:58 (GMT +4)
Myanmada etiraz aksiyalarının dağıdılması zamanı ölənlərin sayı 714-ə yüksəlib

14 Aprel 2021, 16:54 (GMT +4)
DSX-nin yeni hərbi hissə-sərhəd komendantlığı xidməti-döyüş fəaliy­yə­tinə başlayıb (FOTO)

14 Aprel 2021, 16:42 (GMT +4)
Caspian Energy Club Orxan Əliyevin iştirakı ilə Onlayn B2G Forum təşkil edib

14 Aprel 2021, 16:36 (GMT +4)
Azərbaycanda koronavirusdan ölənlərin sayı 4 mini keçib

14 Aprel 2021, 16:26 (GMT +4)
"Toshiba" prezidenti istefa edib

14 Aprel 2021, 16:20 (GMT +4)
"Qaçqınkom" sədri Ukrayna Baş nazirinin müavini ilə görüşüb

14 Aprel 2021, 16:07 (GMT +4)
Daha 30 şəhid ailəsi və müharibə əlilinə mənzillər təqdim edilib

14 Aprel 2021, 15:54 (GMT +4)
Gürcüstanda 1085 yeni koronavirusa yoluxma qeydə alınıb

14 Aprel 2021, 15:52 (GMT +4)
Azərbaycan-Belarus sənədləri imzalanıb

14 Aprel 2021, 15:42 (GMT +4)
Bayden Administrasiyası ABŞ-la BƏƏ arasında 23 milyard dollarlıq silah müqaviləsini həyata keçirmək istəyir

14 Aprel 2021, 15:36 (GMT +4)
Qubada oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

14 Aprel 2021, 15:25 (GMT +4)
Rusiyada pandemiya dövründə 104 min koronavirus xəstəsi ölüb

14 Aprel 2021, 15:20 (GMT +4)
“TURKUAZ” layihəsi çərçivəsində ilk konteyner blok qatarı Bakıya çatıb

14 Aprel 2021, 15:08 (GMT +4)
Azərbaycan və Belarus prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

14 Aprel 2021, 15:03 (GMT +4)
Putin koronavirusa qarşı ikinci peyvəndini vurdurub

14 Aprel 2021, 14:58 (GMT +4)
Azərbaycan əhalisinin sayı açıqlanıb

14 Aprel 2021, 14:48 (GMT +4)
Qubada yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanılıb

14 Aprel 2021, 14:43 (GMT +4)
Çavuşoğlu: Ankara Rusiyanın Türkiyə ilə uçuşları dayandırması qərarında siyasi motiv görmür

14 Aprel 2021, 14:35 (GMT +4)
QMİ-nin internet televiziyası fəaliyyətə başlayıb

14 Aprel 2021, 14:24 (GMT +4)
Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi qeyd ediləcək (SƏRƏNCAM)

14 Aprel 2021, 14:11 (GMT +4)
Suriyanın şərqində İŞİD məhbuslarının olduğu həbsxanaya hücum edilib, ölənlər var

14 Aprel 2021, 14:11 (GMT +4)
ABŞ Rusiyaya təzyiq göstərməyə davam etmək niyyətindədir

14 Aprel 2021, 13:53 (GMT +4)
Naqif Həmzəyev Çin səfiri ilə görüşüb

14 Aprel 2021, 13:46 (GMT +4)
Prezident İlham Əliyev: “Azərbaycan-Belarus münasibətləri hər hansı problemlərdən tamamilə uzaqdır”

14 Aprel 2021, 13:39 (GMT +4)
Türkiyədə koronavirusa yoluxanların sayı 59 mini keçib  

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66