Səkkiz mart münasibətilə İsrail həbsxanalarında olan fələstinli qadınların sayı açıqlanıb08 Mart 2021, 09:55 (GMT +4) Bakı, 8 mart, SalamNews, B.Samid. “İsrail həbsxanalarında 11-i ana olmaqla 35 fələstinli qadın var.”
SalamNews Fələstinin Media Mərkəzinin saytına istinadla xəbər verir ki, bu barədə Fələstinin Əsir və qaçqınların işləri üzrə təşkilatı bəyanat verib.
Səkkiz mart beynəlxalq qadınlar günü münasibətilə yayımlanan bəyanatda bildirilib ki, hazırda İsrail həbsxanalarında 11-i ana olmaqla 35 fələstinli qadın var ki, əsassız ittihamlarla həbs ediliblər.
Əlavə edilib ki, “bu qadınlar müxtəlif həbsxanalarda xüsusilə də əd-Dəmun həbsxanasında mənəvi və fiziki işkəncələrlə üzləşirlər.
Bu bəyanatda əlavə edilib ki, 1948-ci ildən indiyədək, İsrail həbsxanalarına 16 min fələstinli qadın düşüb.
Fələstinin adıçəkilən təşkilatı beynəlxalq hüquq təşkilatlarını fələstinli qadınlarla bağlı hərəkətə keçməyə çağırıb.
|