Türkiyə MN: İrandan ölkəyə keçməyə çalışan PKK terrorçusu saxlanılıb08 Mart 2021, 11:53 (GMT +4) Bakı, 8 mart, SalamNews. Türkiyə hərbçiləri, İran ərazisindən Türkiyə ərazisinə qanunsuz yolla keçməyə çalışan PKK terror təşkilatının üzvünü saxlayıb.
SalamNews xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "Twitter"də məlumat yayıb.
"İrandan Türkiyəyə qanunsuz olaraq keçməyə cəhd edərkən saxlanılan PKK terrorçusu jandarmaya təslim edilib", Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.
PKK silahlılarının Türkiyədə törətdiyi qanlı cinayətlər nəticəsində 1984-cü ildən 2020-ci ilin mart ayına qədər 7500 hərbçi və 6800 mülki şəxs həlak olub.
Təşkilat kürd xalqının azadlığı uğrunda mübarizə apardığını iddia edir və 1980-ci illərdən bu günə qədər aktivfəaliyyət göstərir. PKK Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları tərəfindən "terrorçu təşkilatlar" siyahısına salınmışdır.
|