Avropa nüvə sazişilə bağlı İrana nümayəndə göndərir06 Mart 2021, 14:21 (GMT +4) Bakı, 6 mart, SalamNews, B.Samid. İrlandıyanın xarici işlər naziri nüvə sazişilə bağlı danışıqlar məqsədilə İrana gedir.
SalamNews BBC-ə istinadla xəbər verir ki, İrlandıyanın xarici işlər naziri Kovni Saymon bu gün Tehrana yollanır.
O bu səfər çərçivəsində İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə və sabah isə prezident Həsən Ruhani ilə görüşəcək.
Qeyd edək ki, İrlandıya BMT Təhlükəsizlik Şurasının nüvə sazişilə bağlı korrdinasiya qrupuna başçılıq edir.
Ötən gün Cavad Zərif rəsmi tvitter səhifəsində yazıb ki, ABŞ-ın nüvə sazişinə qayıtması və sazişin tam şəkildə olduğu kimi həyata keçirilməsi üçün yeni danışıq formatı və həlli yolu təklif edilib. Qeyd edək ki, İran ABŞ sanksiyalarının aradan qaldırılmamasına görə nüvə sazişindəki öhdəliklərini əvvəlki kimi yerinə yetirməyəcəyini bildirib.
|