İslam Əməkdaşlıq Təşkilatı Beynəlxalq Cinayət Məhkəməsində İsrailə qarşı şikayətlərin təmin edilməsini alqışlayıb05 Mart 2021, 09:16 (GMT +4) Bakı, 5 mart, SalamNews, B.Samid. İslam Əməkdaşlıq Təşkilatı Fələstinlilərin İsrailin müharibə cinayətlərinə qarşı, işğal və bənzər məsələlərlə bağlı qaldırdığı şikayətlərin Beynəlxalq Cinayət Məhkəməsində təmin edilməsini alqışlayıb.
SalamNews Fələstinin rəsmi xəbər agentliyinə (VƏFA) istinadla xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi ötən gün bəyanat verərək, fələstinlilərin İsrailə qarşı şikayətlərinin Beynəlxalq Cinayət Məhkəməsində təmin edilməsini alqışlayıb.
Bildirilib ki, "bu, işğala, cinayətə və ciddi hüquq pozuntularına məruz qalmış Fələstin xalqı üçün ədalətin təmin edilməsi, səbəkarların cəzalandırılması və ədalətin təmin edilməsi istiqamətində atılan bir addımdır.”
Qeyd edək ki, Dövlətlərarası beynəlxalq tribunal hesab edilən Beynəlxalq Cinayət Məhkəməsi fələstinlilərin, işğal edilmiş ərazilərlə bağlı İsrailin əleyhinə qaldırılmış şikayətlərini təmin edəcəyini bildirəndən sonra rəsmi Təl-Əviv və rəsmi Vaşinqtondan kəskin etiraz gəlib.
|