Yeni Zelandiya sahillərində 7.3 bal gücündə zəlzələ baş verib05 Mart 2021, 10:10 (GMT +4) Bakı, 5 mart, SalamNews. Sakit Okeanın Yeni Zelandiya sahillərində 7.3 bal gücündə zəlzələ qeydə alınıb.
SalamNews xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidmətinin məlumatında deyilir.
Yeraltı təkanların episentri Gisborn şəhərindən 238 km şimal-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
"Zəlzələnin episentrindən 300 kilometr uzaqlıqdakı sahillərdə təhlükəli sunami dalğalarının yaranması mümkündür", - Amerika Sakit Okean Tsunami Xəbərdarlıq Mərkəzinin (PTWC) rəsmi saytında verilən açıqlamada deyilir.
|