Baş katib: NATO-nun qapıları Gürcüstan və Ukrayna üçün açıq qalır05 Mart 2021, 11:43 (GMT +4) Bakı, 5 mart, SalamNews. NATO-nun qapıları Gürcüstan və Ukrayna üçün açıq qalır.
SalamNews-un xarici KIV-lərə istinadən verdiyi xəbərə görə, bunu alyansın baş katibi Yens Stoltenberq Brüsseldəki Avropa Kollecində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ittifaqa üzv olmaq üçün hər iki ölkə NATO standartlarına cavab verməlidir: "Bu ölkələrə əsas müraciətim diqqəti islahatlara, demokratik institutların gücləndirilməsinə və korrupsiyaya qarşı mübarizəyə yönəlməkdir."
Stoltenberq bildirib ki, NATO Gürcüstan və Ukraynaya islahatlar aparmaqda dəstək verir.
|