Ermənistan prezidenti Baş Qərargah rəisi ilə ölkədəki vəziyyəti müzakirə edib03 Mart 2021, 16:28 (GMT +4) Bakı, 3 mart, SalamNews. Ermənistan prezidenti Armen Sarkisyan, ölkənin Silahlı Qüvvələri Baş Qərargah rəisi Onik Qasparyan ilə görüşüb.
“Həmsöhbətlər son hadisələrlə əlaqəli ölkədəki gərgin vəziyyətdən danışıblar. Vəziyyətlə əlaqədar qəbul edilən qərarlardan asılı olmayaraq, ölkənin təhlükəsizliyi və sabitliyinin prioritet olduğu vurğulanıb", prezident saytındakı məlumatda deyilir.
SalamNews -un RT-yə istinadən verdiyi xəbərə görə, ötən gün Ermənistan prezidenti Baş nazir Nikol Paşinyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisini istefaya göndərməsi barədə vəsatətini imzalamayıb.
|