Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Caspian Energy Club” növbəti “Online B2G forum” təşkil edib

03 Mart 2021, 16:35 (GMT +4)

Bakı, 3 mart, SalamNews. Azərbaycan Standartlaşdırma İnstitunun  Baş direktoru Namiq Tağıyev “Caspian Energy Club”un təşkil etdiyi ənənəvi “Online B2G Forum”da iştirak edib. Forum çərçivəsində aktual sual və təkliflər müzakirə olunub. 

Bu barədə SalamNews-a “Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Namiq Tağıyev “Online B2G Forum” iştirakçılarını salamlayaraq  görüşün əsas mövzusunun biznes qurumlarının rəqabət qabiliyyətinin  artırılması və inkişafında  Azərbaycan Standartlaşdırma İnstitunun rolu olduğunu qeyd edib. O, həmçinin, Standartlaşdırma İnstitunun əsas məqsəd və vəzifələrinin standartların qəbulu, ölkəni bu sahədəki beynəlxalq qurumlarda təmsil etmək və “Milli Standartlaşdırma Proqramı”nın qəbul və icrasından irəli gələn məsələlər olduğunu vurğulayıb. N. Tağıyev “Milli Standartlaşdırma Proqramı”nın texniki komitələr tərəfindən həyata keçirildiyini və bunun əsas istifadəçisinin biznes olduğunu, bu səbəbdən də texniki komitələrin biznes tərəfindən qurulduğunu da tədbir iştirakçılarının nəzərinə çatdırıb.

“Qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan Standartlaşdırma İnstitutu bu sahədə mühüm addımlar atmışdır. Bunlardan biri də “Standartlaşdırma”  və “Texniki tənzimləmə” haqqında qanunların işlənib hazırlanması və qəbulu üçün təqdim edilməsidir.  Bu qanunlar digər ölkələrin bu istiqamətdə həm müsbət həm də  mənfi təcrübələri təhlil edilib nəzərdən keçirilərək işlənib hazırlanmışdır. Bununla yanaşı, standartlaşdırmanın 2021-2025-ci illərdə beynəlxalq sistemə keçirilməsi ilə bağlı uyğunlaşdırılma üzrə işlər aparılır”- deyə o, diqqətə çatdırıb.

Daha sonra N. Tağıyev “Online B2G Forum” iştirakçılarının təkliflərini dinləyib, suallarını cavablandırıb. Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev açıq və səmimi dialoqa görə Namiq Tağıyevə təşəkkür edib. O, həmçinin qeyd edib: “Caspian Energy Club-un Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə birgə ikitərəfli işçi qrupu fəaliyyət göstərir.Təklif edirik ki, bu işçi qrup çərçivəsində standartlaşdırma, akkreditasiya, metrologiya, sertifikatlaşdırma və s. məsələlər aktiv müzakirə olunsun və sahibkarlar üçün bu istiqamətdə maarifləndirmə tədbirləri keçirilsin. Hazırki vəziyyətdə aparılan araşdırmalara əsasən sahibkarlar bu anlayışları bəzən səhv salır və bunların mahiyyətini sonadək anlamır. Bu səbəbdən də belə məlumatlandırma tədbirlərinin keçirilməsi vacibdir ”.

Qeyd edək ki, ikitərəfli işçi qrupu mütəmadi olaraq aktual sual, təklif və problemləri müzakirə etməyə və operativ cavablandırmağa imkan verir.

Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

10 Aprel 2021, 14:56 (GMT +4)
Baş katib: “Türkdilli dövlətlər işğaldan azad edilmiş ərazilərin bərpasında Azərbaycanın yanında olacaq”

10 Aprel 2021, 14:45 (GMT +4)
Rusiya Türkiyə ilə hava nəqliyyatını məhdudlaşdıra bilər

10 Aprel 2021, 14:38 (GMT +4)
Hikmət Hacıyev Türkiyə Prezident Administrasiyasının idarə sədri ilə görüşüb

10 Aprel 2021, 14:27 (GMT +4)
Cibutinin hazırkı prezidenti seçkilərdə qalib gəlib

10 Aprel 2021, 14:26 (GMT +4)
Bakıda Türk Şurasının informasiya və media üzrə məsul rəsmilərinin toplantısı keçirilir

10 Aprel 2021, 14:15 (GMT +4)
“YAŞAT” Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb

10 Aprel 2021, 14:05 (GMT +4)
Suriyanın əsas neft emalı zavodu İran yanacağının bu ölkəyə çatmasından sonra işə başlayıb

10 Aprel 2021, 13:58 (GMT +4)
Türkiyə Yunanıstanı terrorçuları dəstəkləməkdə ittiham edib 

10 Aprel 2021, 13:50 (GMT +4)
Oğuzda toy mərasimi keçirənlər cərimələnib

10 Aprel 2021, 13:37 (GMT +4)
Erkan Özoral: Mən Azərbaycan ilə Türkiyəni heç vaxt bir-birindən ayırmadım

10 Aprel 2021, 13:26 (GMT +4)
Zabrat Hava Limanı ərazisində təlim keçirilib

10 Aprel 2021, 13:13 (GMT +4)
Sumqayıtda 3 koronavirus xəstəsinə cinayət işi başlanılıb

10 Aprel 2021, 13:02 (GMT +4)
Fransada naməlum şəxslər məscidi yandırıb

10 Aprel 2021, 12:54 (GMT +4)
Səudiyyə Ərəbistanında dövlətə xəyanətdə ittihamlandırılan üç hərbçi edam edilib

10 Aprel 2021, 12:50 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

10 Aprel 2021, 12:37 (GMT +4)
Bakıda gəmidə baş vermiş yanğın söndürülüb

10 Aprel 2021, 12:25 (GMT +4)
Dağlıq ərazilərdə müasir kombaynlarla taxıl biçini aparacaq mexanizatorlar sertifikatla təmin ediliblər

10 Aprel 2021, 12:20 (GMT +4)
Türkiyədə turistləri daşıyan avtobus qəzaya düşüb, ölən və yaralananlar var

10 Aprel 2021, 12:16 (GMT +4)
Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri HHQ-nin hərbi hissəsini ziyarət edib

10 Aprel 2021, 12:11 (GMT +4)
İran nüvə texnologiyası sahəsinə aid 133 məhsulun və layihənin açılışını edib (VİDEO)

10 Aprel 2021, 12:04 (GMT +4)
Prezident: “Bütün sahələrdə Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, birliyi özünü təsdiq etdi”

10 Aprel 2021, 11:57 (GMT +4)
Gürcüstanda COVID-19-dan daha 11 nəfər daha ölüb

10 Aprel 2021, 11:50 (GMT +4)
Polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı 64 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

10 Aprel 2021, 11:45 (GMT +4)
Ermənistanın keçmiş səfiri Paşinyanı pəncərədən atacağına söz verib

10 Aprel 2021, 11:36 (GMT +4)
Vətən müharibəsi iştirakçıları və ailə üzvlərinin 3 milyon manata yaxın borcu ödənilib

10 Aprel 2021, 11:25 (GMT +4)
Bayden Şahzadə Filipi "əla oğlan" adlandırıb

10 Aprel 2021, 11:18 (GMT +4)
Misirlə Türkiyə arasında münasibətlərin normallaşdırılması üçün aparılan danışıqlar dayandırılıb

10 Aprel 2021, 11:10 (GMT +4)
DYP hərəkət iştirakçılarına müraciət edib

10 Aprel 2021, 10:56 (GMT +4)
Azərbaycan Prezidenti Türkiyə səfirini “Dostluq” ordeni ilə təltif edib

10 Aprel 2021, 10:52 (GMT +4)
Türkiyədə COVID-19-a yoluxmada rekord göstərici qeydə alınıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66