İran üçüncü övladı dünyaya gətirən ailəyə güzəştli kredit verir03 Mart 2021, 15:17 (GMT +4) Bakı, 3 mart, SalamNews, B,Samid. İran Parlamenti ölkədə əhali artımının zəif olduğunu əsas gətirərək, üçüncü övladı dünyaya gətirən ailələrə maddi dəstəklərin verilməsilə bağlı yeni qanun layihəsini təsdiqləyib.
SalamNews İSNA-a istinadla xəbər verir ki, İran Parlamentində bu gün təsiq edilən qanun layihəsinin bəndlərindən biri gənc ailələrin mənzillə təmin edilməsi istiqamətində bir sıra güzəştləri ehtiva edib.
Bildirilib ki, İranda üçüncü övladı dünyaya gətirən ailəyə mənzilin alınması üçün 150 minlyon tümən (təqribən 8 min manat) miqdarında güzəştli və 20 illik kredit nəzərdə tutulur.
Qeyd edək ki, bundan öncə İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xameni ölkədə cəmiyyətin artım məsələsini və dövlətin bu istiqamətdə siyasətini tənqid etmişdi. Ayətullah Xamenei çıxışlarının birində bildirib ki, İran əhalisinin sayı bu məqamda 120 milyon olmalı idi. Hazırda İranın əhalisinin sayı 81 milyondur.
|