ABŞ dövlət katibi Venesuela müxalifətinin lideri ilə danışıqlar aparıb03 Mart 2021, 16:18 (GMT +4) Bakı, 3 mart, SalamNews. ABŞ dövlət katibi Entoni Blinken Venesuela müxalifətinin lideri Xuan Quaydo ilə danışıqlar aparıb. SalamNews RT-yə istinadla xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
"Blinken, demokratiyanın azad və ədalətli seçkilər yolu ilə Venesuelaya qaytarılmasının vacibliyini vurğulayıb", açıqlamada deyilir.
Qeyd edilir ki, ABŞ müttəfiqləri ilə birlikdə "hakimiyyətin dinc və demokratik bir şəkildə ötürülməsinə" nail olmaq üçün çoxtərəfli təzyiq göstərəcək.
|