Bakıda ödəmə terminalından 4 min manat oğurlanıb03 Mart 2021, 17:33 (GMT +4) Bakı, 3 mart, SalamNews. Bakıda ödəmə terminalından pul oğurlayan şəxs tutulub.
Bu barədə SalamNews-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 27-də rayon ərazisindəki mağazaların birində quraşdırılan içərisində 3 953 manat pul olan “E-manat” ödəmə terminalını oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş M.Kazımov saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.
|