İranın cənub-qərbində təhlükəsizlik qüvvələrinə hücum edilib, yaralananlar var03 Mart 2021, 09:48 (GMT +4) Bakı, 3 mart, SalamNews, B.Samid. İranın Pakistanla sərhədində yerləşən Səravan rayonunda təhlükəsizlik qüvvələrinin maşınlarına hücum edilib.
SalamNews İran mətbuatına istinadla xəbər verir ki, İslam İnqilabının Keşikçilər Ordusunun Səravan rayonunda mühəndis istehkam maşınlarına hücum edilib.
Rayonun sərhəd yaxınlığında yerləşən Bəm-Poşt kəndi ərazisində həyata keçirilən hücumda Sepah-ın təhlükəsizlik qüvvələrindən ikisi yaralanıb.
BBC hücumun “Ceyşul-Ədl” terror təşkilatı tərəfindən həyata keçirildiyi bildirir.
Qeyd edək ki, ötən həftə bölgədə yanacaq qaçaqçıları ilə İran sərhədçiləri arasında atışma baş vermiş, yanacaq qaçaqçılarından 10-dan çoxu ölmüş və yaralanmışdı.
|