Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Caspian Energy Club” növbəti “Online Round Table” təşkil edib

02 Mart 2021, 17:32 (GMT +4)

Bakı, 2 mart, SalamNews. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov “Caspian Energy Club”un təşkil etdiyi ənənəvi “Online Round Table”da iştirak edib. Tədbir çərçivəsində aktual sual və təkliflər müzakirə olunub. 

Bu barədə SalamNews-a “Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Elxan Mikayılov daha sonra Caspian Energy Club-un fəaliyyətinin yaxından izlədiyini və təşkil etdiyi tədbirlərin biznes-hökumət dialoqu üçün effektivliyini qeyd edib. O, həmçinin, belə platformaların fəaliyyətini və bu sahədə onların görəcəyi işlərin mühümlüyünü vurğulayıb.

“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin qurulması ilə bu sahədə yeni mexanizm tətbiq olunmağa başladı. Yeni qida təhlükəsizliyi sistemi dövlətin həyata keçirdiyi yoxlama mexanizmi üzərində qurulduğu kimi, eyni zamanda onun əsas vəzifələrindən biri  üçtərəfli iştirakın, yəni dövlət, sahibkar və istehlakçıların rolunun da nəzərə alınmasıdır. Müasir qida təhlükəsizliyi konsepsiyasına görə bu sistemin əsas təminatçısı sahibkardır və buna görə də sahibkarların bu işə cəlb olunması vacibdir.”- deyə o, diqqətə çatdırıb.

Daha sonra E. Mikayılov “Online Round Table” iştirakçılarının təkliflərini dinləyib, suallarını cavablandırıb. Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev açıq və səmimi dialoqa görə Elxan Mikayılova təşəkkür edib. O, eyni zamanda Qida Təhlükəsizliyi Agentliyi və Caspian Energy Club arasında olan işçi qrupunun operativ fəaliyyətini qeyd edərək agentliyin  rəhbərliyinə  klubun üzv şirkətləri adından minnətdar olduğunu bildirib.

Qeyd edək ki, ikitərəfli işçi qrupu mütəmadi olaraq aktual sual, təklif və problemləri müzakirə etməyə və operativ cavablandırmağa imkan verir.

Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

21 Aprel 2021, 09:00 (GMT +4)
İlham Əliyev: Azərbaycan xalqı 101 il əvvəl əlimizdən alınmış Zəngəzura qayıdacaq

21 Aprel 2021, 04:40 (GMT +4)
Ramazanın səkkizinci gününün duası – iftar və imsak vaxtı

20 Aprel 2021, 18:03 (GMT +4)
İsmayıllıda məclis keçirilməsinin qarşısı alınıb

20 Aprel 2021, 17:57 (GMT +4)
İqtisadiyyat Nazirliyi ilə NEXI arasında Anlaşma Memorandumu imzalanıb

20 Aprel 2021, 17:51 (GMT +4)
Gürcüstan Aİ-yə Batumidə sammit keçirməyi təklif edib

20 Aprel 2021, 17:49 (GMT +4)
Rüşvətə görə həbs edilən icra başçısının əmlakına həbs qoyulub

20 Aprel 2021, 17:44 (GMT +4)
Şəmkirdə yol polisi reyd keçirib

20 Aprel 2021, 17:34 (GMT +4)
Hərbi Prokurorluq: İndiyədək 2 889 şəhidin nəşi müayinə edilərək şəxsiyyəti müəyyən olunub

20 Aprel 2021, 17:29 (GMT +4)
Qasim Süleymaninin silahdaşlarından olan iranlı general koronavirusdan vəfat edib

20 Aprel 2021, 17:22 (GMT +4)
Təhsil Nazirliyi: Gələn həftədən birinci sinfə şagird qəbulu başlayır

20 Aprel 2021, 17:13 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

20 Aprel 2021, 17:03 (GMT +4)
Kreml xarici tərəfdaşları "Rusiyaya qarşı psixozdan" əl çəkməyə çağırır 

20 Aprel 2021, 16:58 (GMT +4)
AQTA vaxtı keçən məhsulları satışdan çıxarıb

20 Aprel 2021, 16:45 (GMT +4)
Türkiyə XİN-ə yeni mətbuat katibi təyin edilib

20 Aprel 2021, 16:42 (GMT +4)
Azərbaycanda son sutkada 2 197 nəfər koronavirusa yoluxub, 34 nəfər vəfat edib

20 Aprel 2021, 16:39 (GMT +4)
Həyətində narkotik becərən şəxs saxlanılıb

20 Aprel 2021, 16:35 (GMT +4)
Netanyahu İsraildə davamlı siyasi böhrana görə seçki sisteminin dəyişdirilməsini istəyib

20 Aprel 2021, 16:28 (GMT +4)
Fransa Səhiyyə naziri ölkədə karantinin mərhələli şəkildə ləğvinin tərəfdarı olduğunu açıqlayıb

20 Aprel 2021, 16:21 (GMT +4)
ETSN Bakıda ağac kəsilməsi ilə bağlı prokurorluğa müraciət edəcək

20 Aprel 2021, 16:10 (GMT +4)
Cəlilabadda avtoxuliqanlıq edən sürücülər saxlanılıb

20 Aprel 2021, 15:58 (GMT +4)
Rusiya Bolqarıstanın iki diplomatını persona non-qrata elan edib

20 Aprel 2021, 15:50 (GMT +4)
Daha 4 koronavirus xəstəsinə cinayət işi başlanılıb

20 Aprel 2021, 15:37 (GMT +4)
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib

20 Aprel 2021, 15:27 (GMT +4)
Çexiya Rusiya ilə bağlı yeni “cavab addımlarını" istisna etməyib

20 Aprel 2021, 15:21 (GMT +4)
Çad prezidenti döyüş cəbhəsində aldığı yaradan ölüb – Çad Ordusu

20 Aprel 2021, 15:12 (GMT +4)
Azərbaycan Ermənistanla sərhəddə daha bir hərbi hissə yaradıb

20 Aprel 2021, 15:01 (GMT +4)
AŞPA Navalnının iyunun 7-dək azadlığa buraxılmasını tələb edə bilər

20 Aprel 2021, 14:55 (GMT +4)
İlham Əliyev “Azərsun Şamaxı Aqropark”ın açılışında iştirak edib

20 Aprel 2021, 14:42 (GMT +4)
Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib

20 Aprel 2021, 14:30 (GMT +4)
Ruanda Fransanı soyqırımına görə məsuliyyət daşımaqda ittiham edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66