AB Rusiyanın "yüksək vəzifəli şəxslərinə" qarşı sanksiyalar tətbiq edib02 Mart 2021, 17:24 (GMT +4) Bakı, 2 mart, SalamNews. Avropa İttifaqı Aleksey Navalnı ilə bağlı vəziyyətlə əlaqədar Rusiyanın "yüksək vəzifəli məmurlarına" qarşı sanksiyalar tətbiq edir. Bu barədə "DPA" agentliyi Brüsseldəki diplomatik mənbələrə istinadən xəbər verib.
SalamNews -un TASS-a istinadən verdiyi xəbərə görə, müvafiq hüquqi akt artıq yazılı şəkildə qəbul edilib və "ən qısa müddət ərzində" Aİ-nin Rəsmi Jurnalında dərc ediləcək.
|