Mikayıl Cabbarov: Biznes pandemiyadan sonrakı bərpa dövrünə daxil olur02 Mart 2021, 15:53 (GMT +4) Bakı, 2 mart, SalamNews. Azərbaycanda biznes pandemiyadan sonrakı bərpa dövrünə daxil olur.
SalamNews xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
O əlavə edib ki, ilin iki ayının yekunları ürəkaçandır.
"İlkin məlumata əsasən, vergi daxilolmaları proqnozlara nisbətən 118,7% icra olunub. Qeyri-neft sektorundan əlavə daxilolmalar 84,7 mln. manat təşkil edib", - nazir qeyd edib.
|