İlk dəfə olaraq İranın ABŞ bazasına hücum anının havadan görüntüləri yayımlanıb (VİDEO)02 Mart 2021, 12:16 (GMT +4) Bakı, 2 mart, SalamNews, B.Samid. İranın 2020-ci ilin yanvarında İraqda ABŞ bazasına hücumun yeni görüntüləri yayımlanıb.
SalamNews xəbər verir ki, ‘CBS News’ telekanalı İranın 2020-ci ilin yanvarında ABŞ bazasına hücumunun fərqli görüntülərini yayımlayıb.
Görüntülər hücum anını havadan əks etdirir.
Qeyd edək ki, İranın, Eynul-Əsəd bazasına bu ballistik hücumu general Qasim Süleymaninin terroruna cavab olaraq həyata keçirilmişdi.
Bu hücumda ABŞ-ın 100 civarında əsgəri xəsarət alaraq, Küveyt və Almaniya xəstəxanalarına təxliyə edilmişdi.
Bəzi mənbələr bu videonun elə İran PUA-ları tərəfindən çəkildiyini bildirirlər.
|