Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycan-Türkiyə arasında icbari tibbi sığorta sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

02 Mart 2021, 16:42 (GMT +4)

Bakı, 2 mart, SalamNews. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) və Türkiyə Respublikasının Sosial Müdafiə Qurumu, Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyi, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin əməkdaşlarının iştirakı ilə işçi görüş keçirilib.

Agentlikdən SalamNews-a verilən məlumata görə, onlayn formatda keçirilmiş görüşdə hər iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Fəaliyyət Planının icbari tibbi sığorta ilə bağlı müddəaları, habelə icbari tibbi sığorta sahəsində ehtiyaclara uyğun əməkdaşlıq imkanları müzakirə olunub. Qeyd edək ki, Komissiya 2 noyabr 1992-ci ildə Ankarada imzalanan “Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq saziş”inə uyğun olaraq yaradılıb.

Türkiyə Respublikasının Sosial Müdafiə Qurumunun Strateji inkişaf idarəsinin rəhbəri Muhiddin Şahin bildirib ki, aparılmış səhiyyə islahatlarının nəticəsi olaraq bu gün Türkiyənin universal tibbi sığorta sistemi dünyanın ən ön sıralarında qərarlaşıb: “Hazırda əhalinin 99.5%-i universal tibbi sığorta ilə əhatə olunur.”

Sosial Müdafiə Qurumunun əməkdaşı Amine Yücedal Qurumun fəaliyyəti, strukturu, ölkəsində universal tibbi sığorta ilə əhatə olunan şəxslər, sığorta haqlarının məbləği və səhiyyə sistemi haqqında digər məlumatları iştirakçıların diqqətinə çatdırıb: “Məqsədimiz maliyyələşən tibbi xidmətlərin həcmini artırmaq, onların bərabər, ədalətli və əlçatan olmasına nəzarət etmək, həmçinin resurslardan səmərəli və effektiv istifadə edilməsini təmin etməkdir”.

Agentliyin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov Azərbaycanda icbari tibbi sığortanın tətbiqi haqqında ətraflı məlumat verib: “Hazırda ölkə əhalisinin özündə 2550-i tibbi xidməti birləşdirən Xidmətlər Zərfindən yararlanması üçün bərabər imkanların yaradılması istiqamətində müvafiq tədbirlər görülür. Məqsədimiz əhaliyə keyfiyyətli tibbi xidmətlərin göstərilməsini təmin etməkdir. Əminik ki, bu sahədə böyük uğurlar əldə etmiş dost-qardaş ölkənin təcrübəsindən faydalana biləcəyik”.

Agentliyin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov bildirib ki, icbari tibbi sığorta sisteminin məqsədi səhiyyənin maliyyələşməsini yeni iqtisadi əsaslarla qurmaq, tibbi xidmətlərin əlçatanlığını təmin etmək, əhalini sağlamlığı ilə bağlı üzləşə biləcəyi maliyyə risklərindən qorumaqdır. A.Nəsirov, icbari tibbi sığorta sahəsində əməkdaşlığın prioritet istiqamətləri haqqında məlumat verib: “Agentlik ilkin səhiyyə xidmətinin gücləndirilməsi məqsədi ilə ailə həkimi institutunun təkmilləşdirilməsi, tibb işçilərinin tibbi avadanlıqlardan istifadəyə dair bilik və bacarıqlarının artırılması, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün milli keyfiyyət standartlarının hazırlanması istiqamətində Türkiyə təcrübəsinin öyrənilməsində və tətbiqində maraqlıdır”.

Görüş əməkdaşlığın genişləndirilməsi üçün hər iki qurum arasında işçi qaydada məsləhətləşmələrin davam etdirilməsi razılığı ilə yekunlaşıb.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

15 Aprel 2021, 10:52 (GMT +4)
Ayətullah Xamenei nüvə sazişi danışıqlarının uzanması ilə bağlı xəbərdarlıq edib

15 Aprel 2021, 10:46 (GMT +4)
Ərdoğan: İstanbul Kanalı Türkiyənin müstəqilliyi və suverenliyini möhkəmləndirəcək

15 Aprel 2021, 10:45 (GMT +4)
ƏƏSMN: Aprel ayının pensiyaları tam ödənilib

15 Aprel 2021, 10:30 (GMT +4)
Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun növbəti iclası keçirilib

15 Aprel 2021, 10:27 (GMT +4)
Ermənistan baş naziri Paşinyan istefa edəcəyi tarixi açıqlayıb

15 Aprel 2021, 10:15 (GMT +4)
Bu gündən Azərbaycanda istilik təchizatı dayandırılır

15 Aprel 2021, 10:00 (GMT +4)
MN Zəngilan rayonunun Ağ oyuq qəsəbəsindən videogörüntülər yayıb (VİDEO)

15 Aprel 2021, 09:52 (GMT +4)
Husilər Səudiyyənin neft və hərbi obyektlərini 11 PUA və ballistik raketlə hədəfə aldıqlarını bildiriblər

15 Aprel 2021, 09:46 (GMT +4)
Bloomberg: ABŞ on rusiyalı diplomatı ölkədən çıxaracaq

15 Aprel 2021, 09:45 (GMT +4)
BNA: Nəqliyyat vasitələrinin hərəkətində sıxlıq var

15 Aprel 2021, 09:25 (GMT +4)
Türkiyənin keçmiş baş naziri vəfat edib

15 Aprel 2021, 09:15 (GMT +4)
Balakəndə qaydaları pozan sürücülər cərimələnib

15 Aprel 2021, 09:07 (GMT +4)
Ərbildə ABŞ qüvvələrinin olduğu hava limanına hücum edilib

15 Aprel 2021, 09:00 (GMT +4)
DİM bu gün 8 124 şagird üçün buraxılış imtahanı keçirəcək

15 Aprel 2021, 05:15 (GMT +4)
Ramazanın ikinci gününün duası - İmsak və iftar vaxtı

14 Aprel 2021, 18:02 (GMT +4)
Əməyin mühafizəsi üzrə ilk milli standart təsdiqlənib

14 Aprel 2021, 17:58 (GMT +4)
Səlcuq Bayraktar Kanadanın sanksiya qərarını şərh edib

14 Aprel 2021, 17:55 (GMT +4)
“Bakı Metropoliteni” daha bir ilkə imza atıb

14 Aprel 2021, 17:44 (GMT +4)
Binəqədidə 1 500 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb

14 Aprel 2021, 17:35 (GMT +4)
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Hərbi Qənimətlər Parkını ziyarət ediblər

14 Aprel 2021, 17:33 (GMT +4)
Paşinyan: Ter-Petrosyan hələ 2018-ci ildə mənə torpaqları Azərbaycana qaytarmağı təklif edib

14 Aprel 2021, 17:31 (GMT +4)
Azərbaycan elektrik enerjisinin ixracını 5%-dən çox artırıb

14 Aprel 2021, 17:22 (GMT +4)
Finlandiya, Rusiya və ABŞ liderlərinin görüşünü təşkil etməyə hazır olduğunu açıqlayıb

14 Aprel 2021, 17:12 (GMT +4)
BDU-nun professoru vəfat edib

14 Aprel 2021, 17:03 (GMT +4)
Kürdüstan muxtariyyəti, ərazisində İsrailə məxsus mərkəzin hücuma məruz qalması xəbərini təkzib edib

14 Aprel 2021, 16:58 (GMT +4)
Myanmada etiraz aksiyalarının dağıdılması zamanı ölənlərin sayı 714-ə yüksəlib

14 Aprel 2021, 16:54 (GMT +4)
DSX-nin yeni hərbi hissə-sərhəd komendantlığı xidməti-döyüş fəaliy­yə­tinə başlayıb (FOTO)

14 Aprel 2021, 16:42 (GMT +4)
Caspian Energy Club Orxan Əliyevin iştirakı ilə Onlayn B2G Forum təşkil edib

14 Aprel 2021, 16:36 (GMT +4)
Azərbaycanda koronavirusdan ölənlərin sayı 4 mini keçib

14 Aprel 2021, 16:26 (GMT +4)
"Toshiba" prezidenti istefa edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66