Hacı İlqar İbrahimoğlu İranda Qarabağla bağlı beynəlxalq konfransda çıxış edib01 Mart 2021, 17:13 (GMT +4) Bakı, 1 mart, SalamNews, B.Samid. “İkinci Qarabağ müharibəsi zamanı Allahın inayəti və lütfü Azərbaycan xalqının üzərində idi.”
SalamNews xəbər verir ki, bunu Azərbaycanın tanınmış ruhanisi, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi (DEVAMM) sədri hacı İlqar İbrahimoğlu bu gün Qum şəhərində Qarabağla bağlı keçirilən beynəlxalq konfransdakı çıxışında deyib.
Azərbaycanın və islam dünyasının şəhidlərinin mənəvi məqamlarından və onların şəhadətinin əhəmiyyətindən danışan ilahiyyatçı alim, 44 günlük müharibəni ilahi günlər adıandırıb. O bildirib ki, bütün bu günlərdə Azərbaycan xalqı Allahın lütfünü və köməyini hiss edib.
O, muharibə zamanı Azərbaycanın haqlı olduğunu bəyan edərək, ölkəmizi dəstəkləyən İranın Ali dini liderinə və imam cümələrə təşəkkür edib.
|