Ermənistan Təhlükəsizlik Şurası Prezidenti Baş Qərargah rəisini istefaya göndərməyə çağırıb 01 Mart 2021, 16:50 (GMT +4) Bakı, 1 mart, SalamNews. Ermənistan Təhlükəsizlik Şurası ölkə prezidenti Armen Sarkisyanı Baş Qərargah rəisi Onik Qasparyanı istefaya göndərməyə çağırıb. SalamNews RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
"Təhlükəsizlik Şurası Ermənistan prezidentinə Baş nazirin təklifini təmin etməsini və Baş Qərargah rəisini istefaya göndərməsini təklif edir", məlumatda deyilir.
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Baş nazir Nikol Paşinyan və hökumətin dərhal istefasını tələb edib.
İstefa tələbinə dair bəyanatı rəis Onik Qasparyan da daxil olmaqla Baş Qərargahın bütün rəhbərliyi, həmçinin böyük hərbi hissələrin komandirləri və bütün idarə rəhbərləri imzalayıb.
|