Kreml Paşinyanın "İskəndər"lə bağlı yalnış hesabatların verilməsinə dair açıqlamasını şərh edib01 Mart 2021, 15:51 (GMT +4) Bakı, 1 mart, SalamNews. Kreml, İrəvanın Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimr Putinlə söhbətindən sonra"İskəndər" məsələsində ona səhv məlumat ötürülməsi qənaətinə gəlməsi barədə verdiyi açıqlamalardan məmnun qalıb. SalamNews xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov RİA Novosti-yə verdiyi açıqlamada deyib.
"Bu məsələdəki həqiqətin bərpa olunması çox vacibdir", Peskov bildirib.
Ermənistanın Baş naziri Nikol Paşinyan, Dağlıq Qarabağdakı 44 günlük müharibə zamanı Rusiya istehsalı "İskəndər" taktiki komplekslərindən atılan raketlərin partlamadığını açıqlayıb.
“İskəndər" raketi niyə partlamadı, qoy bununla bağlı sual versin? Ya da məsələn niyə 10 faiz partladı?" - Paşinyan deyib.
Qeyd edək ki, keçmiş prezident Serj Sarkisyan son müsahibəsində "İskəndər" raketlərinin müharibənin son günlərində Şuşa istiqamətində istifadə edildiyini bildirmişdi. Halbuki Ermənistan Müdafiə Nazirliyinin keçmiş rəsmisi Movses Hakobyan 2020-ci ilin noyabrında "İskəndər" raketlərindən istifadə edildiyini açıqlamışdı.
|