Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

Güləşçilərimiz Kiyevdə daha 3 medal qazanıb

28 Fevral 2021, 18:49 (GMT +4)

Bakı, 28 fevral, SalamNews, R.Nadirli. Ukraynada güləş üzrə Kiyev turniri başa çatıb.

SalamNews xəbər verir ki, yarışın ikinci günündə 8 güləşçimiz mübarizəyə qoşulub.

Əhmədnəbi Qvarzatilov ilk görüşdə Macarıstan güləşçisinə vaxtından əvvəl qalib gəlib. Yığmamızın təcrübəli üzvü ukraynalı rəqibinə də eyni aqibəti yaşadaraq yarımfinala yüksəlib. Qırğızıstan güləşçisindən də güclü olan Qvarzatilov finala vəsiqə qazanıb. Fevralın 28-də baş tutan son qarşılaşmada Ukraynanın daha bir təmsilçisiylə üz-üzə gələn Əhmədnəbi inamlı qələbəylə yığmamıza ikinci qızıl medalı qazandırıb.

Böyüklər arasında debüt edən Cəbrayıl Hacıyev əvvəlcə moldovalı rəqibini üstələyib. Gənc güləşçimiz daha sonra yerli pəhləvan üzərində əzmkar qələbə qazanaraq adını yarımfinala yazdırıb. Cəbrayıl Qırğızıstan təmsilçisinə də gücünü göstərərək finala adlayıb. Fevralın 28-də həlledici görüşdə Özbəkistanı təmsil edən İlyas Bekbulatovla qarşılaşan Hacıyev güclü rəqibinə məğlub olaraq gümüş medalla kifayətlənib. Rəşad Yusifli yarışa türk həmkarı üzərində inamlı qələbəylə başlasa da, növbəti mərhələdə məğlub olub.

Osman Nurməhəmmədov debütdə Belarus təmsilçisinə sonuncu xal prinsipinə əsasən məğlub olub.Vahid Qalayev startda təcrübəli Rusiya güləşçisini məyus edib. Ancaq daha sonra polşalı həmkarına uduzub. Rəqib finala yüksəldiyi üçün Qalayev fevralın 28-də təsəlliverici görüşə çıxıb və türkiyəli idmançı üzərində əzmkar qələbəyə sevinib. Vahid bürünc medal uğrunda Moldova təmsilçisi ilə qarşılaşıb və onun da öhdəsindən gəlməklə üçüncü yeri tutub.

Tatyana Varansova ilk mərhələdə yerli güləşçiyə müqavimət göstərə bilməyib. 53 kq-dakı digər təmsilçimiz Leyla Qurbanova isə moldovalı rəqibinə yenilib.

Tatyana Omelçenko təsnifat mərhələsində Polşa idmançısı üzərində inamlı qələbə qazanıb. Ancaq 1/8 finalda dünya və 3 qat Avropa çempionu olmuş ukraynalı rəqibi ilə bacarmayıb.

Beləliklə, sərbəst güləş yığmamız Kiyev turnirini 2 qızıl, 1 gümüş və 2 bürünc, qadın millimiz isə 1 bürünc medalla başa vurub.

Sərbəst güləş

61 kq
1/8 final: Əhmədnəbi Qvarzatilov – Rişard Vilhelm (Macarıstan) 13:2
1/4 final: Əhmədnəbi Qvarzatilov - Kamil Kərimov (Ukrayna) 11:0
1/2 final: Əhmədnəbi Qvarzatilov - İkramcan Hacımuradov (Qırğızıstan) 7:4
FİNAL: Əhmədnəbi Qvarzatilov - Andrey Celep (Ukrayna) 7:2

70 kq
1/8 final: Cəbrayıl Hacıyev – Georgi Robu (Moldova) 6:2
1/4 final: Cəbrayıl Hacıyev - İvan Kusyak (Ukrayna) 4:3
1/2 final: Cəbrayıl Hacıyev - İslambek Orozbekov (Qırğızıstan) 5:3
FİNAL: Cəbrayıl Hacıyev - İlyas Bekbulatov (Özbəkistan) 0:5

79 kq
Təsnifat: Rəşad Yusifli – Abdullah Arslan (Türkiyə) 7:1
1/8 final: Rəşad Yusifli - Arman Avaqyan (Ermənistan) 5:10

92 kq
1/8 final: Osman Nurməhəmmədov – Ömərhacı Məhəmmədov (Belarus) 3:3*

125 kq
1/8 final: Vahid Qalayev – Anzor Boltukayev (Rusiya) 5:1
1/4 final: Vahid Qalayev - Kamil Kosçiolek (Polşa) 2:13
Təsəlliverici görüş: Vahid Qalayev - Ekrem Karabulut (Türkiyə) 7:5
Bürünc medal görüşü: Vahid Qalayev - Samhan Cəbrayılov (Moldova) 8:4

Qadın güləşi

53 kq
Təsnifat: Tatyana Varansova – Nataliya Klivçutska (Ukrayna) 2:12
1/8 final: Leyla Qurbanova – Yuliya Leorda (Moldova) 0:6

62 kq
Təsnifat: Tatyana Omelçenko – Katarjina Madrovska (Polşa) 7:2
1/8 final: Tatyana Omelçenko - Yuliya Tkaç (Ukrayna) 3:13


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

21 Aprel 2021, 04:40 (GMT +4)
Ramazanın səkkizinci gününün duası – iftar və imsak vaxtı

20 Aprel 2021, 18:03 (GMT +4)
İsmayıllıda məclis keçirilməsinin qarşısı alınıb

20 Aprel 2021, 17:57 (GMT +4)
İqtisadiyyat Nazirliyi ilə NEXI arasında Anlaşma Memorandumu imzalanıb

20 Aprel 2021, 17:51 (GMT +4)
Gürcüstan Aİ-yə Batumidə sammit keçirməyi təklif edib

20 Aprel 2021, 17:49 (GMT +4)
Rüşvətə görə həbs edilən icra başçısının əmlakına həbs qoyulub

20 Aprel 2021, 17:44 (GMT +4)
Şəmkirdə yol polisi reyd keçirib

20 Aprel 2021, 17:34 (GMT +4)
Hərbi Prokurorluq: İndiyədək 2 889 şəhidin nəşi müayinə edilərək şəxsiyyəti müəyyən olunub

20 Aprel 2021, 17:29 (GMT +4)
Qasim Süleymaninin silahdaşlarından olan iranlı general koronavirusdan vəfat edib

20 Aprel 2021, 17:22 (GMT +4)
Təhsil Nazirliyi: Gələn həftədən birinci sinfə şagird qəbulu başlayır

20 Aprel 2021, 17:13 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

20 Aprel 2021, 17:03 (GMT +4)
Kreml xarici tərəfdaşları "Rusiyaya qarşı psixozdan" əl çəkməyə çağırır 

20 Aprel 2021, 16:58 (GMT +4)
AQTA vaxtı keçən məhsulları satışdan çıxarıb

20 Aprel 2021, 16:45 (GMT +4)
Türkiyə XİN-ə yeni mətbuat katibi təyin edilib

20 Aprel 2021, 16:42 (GMT +4)
Azərbaycanda son sutkada 2 197 nəfər koronavirusa yoluxub, 34 nəfər vəfat edib

20 Aprel 2021, 16:39 (GMT +4)
Həyətində narkotik becərən şəxs saxlanılıb

20 Aprel 2021, 16:35 (GMT +4)
Netanyahu İsraildə davamlı siyasi böhrana görə seçki sisteminin dəyişdirilməsini istəyib

20 Aprel 2021, 16:28 (GMT +4)
Fransa Səhiyyə naziri ölkədə karantinin mərhələli şəkildə ləğvinin tərəfdarı olduğunu açıqlayıb

20 Aprel 2021, 16:21 (GMT +4)
ETSN Bakıda ağac kəsilməsi ilə bağlı prokurorluğa müraciət edəcək

20 Aprel 2021, 16:10 (GMT +4)
Cəlilabadda avtoxuliqanlıq edən sürücülər saxlanılıb

20 Aprel 2021, 15:58 (GMT +4)
Rusiya Bolqarıstanın iki diplomatını persona non-qrata elan edib

20 Aprel 2021, 15:50 (GMT +4)
Daha 4 koronavirus xəstəsinə cinayət işi başlanılıb

20 Aprel 2021, 15:37 (GMT +4)
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib

20 Aprel 2021, 15:27 (GMT +4)
Çexiya Rusiya ilə bağlı yeni “cavab addımlarını" istisna etməyib

20 Aprel 2021, 15:21 (GMT +4)
Çad prezidenti döyüş cəbhəsində aldığı yaradan ölüb – Çad Ordusu

20 Aprel 2021, 15:12 (GMT +4)
Azərbaycan Ermənistanla sərhəddə daha bir hərbi hissə yaradıb

20 Aprel 2021, 15:01 (GMT +4)
AŞPA Navalnının iyunun 7-dək azadlığa buraxılmasını tələb edə bilər

20 Aprel 2021, 14:55 (GMT +4)
İlham Əliyev “Azərsun Şamaxı Aqropark”ın açılışında iştirak edib

20 Aprel 2021, 14:42 (GMT +4)
Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib

20 Aprel 2021, 14:30 (GMT +4)
Ruanda Fransanı soyqırımına görə məsuliyyət daşımaqda ittiham edib

20 Aprel 2021, 14:26 (GMT +4)
İranda son sutkada 25,492 nəfərin koronavirusa yoluxması qeydə alınıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66