"Mançester Siti" doğma meydanda qələbəyə sevinib - (VİDEO)28 Fevral 2021, 11:31 (GMT +4) Bakı, 28 fevral, SalamNews, R.Nadirli. Futbol üzrə İngiltərə Premyer Liqasında 26-cı tura start verilib. SalamNews xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçirilib. Turun açılış matçında lider “Mançester Siti” doğma meydanda “Vest Hem”i sınağa çəkib və çətin qələbəyə sevinib. “Vest Bromviç” “Brayton”u doğma meydanda minimal hesabla üstələyibsə, “Lids” oxşar hesabla “Aston Villa”ya məğlub olub. “Nyukasl” – “Vulverhempton” görüşündə isə qalib müəyyənləşməyib. İngiltərə Premyer Liqası 26-cı tur Mançester Siti – Vest Hem 2:1 Qol: Dias, 30. Stounz, 68 – Antonio, 43. Vest Bromviç – Brayton 1:0 Qol: Bertli, 11. Lids – Aston Villa 0:1 Qol: El-Qazi, 5. Nyukasl – Vulverhempton 1:1 Qol: Laskelles, 52 – Neves, 73.
|