Tbilisidə müxalifətçilər parlamentin qarşısında çadırlar qurub27 Fevral 2021, 15:19 (GMT +4) Bakı, 27 fevral, SalamNews. Bir gün əvvəl bölgələrdən Tbilisiyə gələn Gürcüstan müxalifətinin tərəfdarları, parlamentin qarşısındakı kiçik meydanda 11 çadır quraraq burada gecələyiblər. SalamNews bu barədə "İnterfaks"a istinadən xəbər verir.
"Parlament yaxınlığındakı çadırlar xalq əleyhinə rejimə qarşı apardığımız mübarizənin bir hissəsidir. Bu, etiraz bildirmək üçün qanuni hüququmuzdur. Lazım gələrsə Rustaveli prospektinin hərəkət hissəsində də çadır quracağıq", - "Vahid Milli Hərəkat" partiyasının liderlərindən biri Zaal Udumaşvili jurnalistlərə bildirib.
Polis hələ ki müxalifətin hərəkətlərinə mane olmayıb, lakin Rustaveli prospektinin hərəkət hissəsində çadır qurmalarına icazə verməyib.
|