Zərdabda evdən 25 min manatlıq oğurluq edilib27 Fevral 2021, 16:30 (GMT +4) Bakı, 27 fevral, SalamNews. Zərdabda evdən oğurluq edən şəxs tutulub.
Bu barədə SalamNews-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayon ərazisindəki evlərin birindən 6 000 manat, 9 600 ABŞ dolları və 100 000 rubl oğurlamaqda şübhəli bilinən Yarməmmədbağı kənd sakini N.Mustafayeva saxlanılıb.
|