"Bavariya"nın hücumçusu Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib26 Fevral 2021, 17:55 (GMT +4) Bakı, 26 fevral, SalamNews, R.Nadirli. Futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib. SalamNews xəbər verir ki, azarkeşlər arasında aparılan səsverməyə əsasən Almaniyanın “Bavariya” klubunun hücumçusu Robert Levandovski həftənin ən yaxşı futbolçusu seçilib. 33 yaşlı polşalı futbolçu İtaliyada “Latsio”nu 4:1 məğlub etdikləri görüşdə bir qolla yadda qalıb. Həftənin ən yaxşısı adına “Çelsi”nin (İngiltərə) hücumçusu Olivye Jiru, “Real”ın (İspaniya) müdafiəçisi Ferlan Mendi və “Mançester Siti”nin (İngiltərə) müdafiəçisi Joao Kanselo da namizəd idi.
|