Avropa Liqasında 1/8 finalın püşkü atılıb26 Fevral 2021, 16:39 (GMT +4) Bakı, 26 fevral, SalamNews, R.Nadirli. Bu gün futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. SalamNews xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan mərasimə Bakı vaxtı ilə saat 16:00-da start verilib. Bu mərhələdə komandalar səbətlərə bölünməyib. Bu üzdən də eyni ölkənin təmsilçiləri bir-birilərinə rəqib ola bilərdilər. Bu mərhələnin ən maraqlı görüşlərindən biri “Mançester Yunayted”lə “Milan” arasında baş tutacaq. “Arsenal” “Olimpiakos”la, “Tottenhem” isə Zaqreb “Dinamo”su ilə düşüb. 1/8 finalın ilk oyunları martın 11-də, cavab matçları isə bir həftə sonra keçiriləcək.
Avropa Liqası 1/8 final “Ayaks” (Niderland) - “Yanq Boyz” (İsveçrə) “Dinamo” (Kiyev, Ukrayna) - “Vilyarreal” (İspaniya) “Roma” (İtaliya) - “Şaxtyor” (Donetsk, Ukrayna) “Olimpiakos” (Yunanıstan) - “Arsenal” (İngiltərə) “Dinamo” (Zaqreb, Xorvatiya) - “Tottenhem” (İngiltərə) “Mançester Yunayted” (İngiltərə) - “Milan” (İtaliya) “Slaviya” (Praqa, Çexiya) - “Reyncers” (Şotlandiya) “Qranada” (İspaniya) - “Molde” (Norveç)
|