İrəvanda müxalifətin mitinqləri davam edir26 Fevral 2021, 15:54 (GMT +4) Bakı, 26 fevral, SalamNews. İrəvanın mərkəzində Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə müxalifət mitinqi keçirilir.
SalamNews "TASS"a istinadən xəbər verir ki, müxalifət tərəfdarları Baqramyan prospektinə toplaşıblar.
Baş nazirin istefasını tələb edən etiraz aksiyaları 10 noyabrdan - Dağlıq Qarabağda atəşkəs və Ermənistanın kapitulyasıyasına dair üçtərəfli bəyanat imzalandığı gündən bəri davam edir.
|