Bakıda narkotiklə saxlanılan şəxsdə silah aşkarlanıb26 Fevral 2021, 17:46 (GMT +4) Bakı, 26 fevral, SalamNews. Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən SalamNews-a verilən məlumata görə, əməliyyatı Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsinin əməkdaşları keçirib.
Daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şərur rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Mahmudov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 4 qrama yaxın heroin və metamfetamin aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun Ramana qəsəbəsindəki evinin zirzəmisinə baxış zamanı oradan 1 kiloqram 100 qram heroin, elektron tərəzi və 1 ədəd müvafiq sənədləri olmayan, lüləsi və qundağı kəsilmiş “İJ-K” markalı ov tüfəngi götürülüb.
|