Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycanda ötən il əsas kiber risklər fişinq və lokal təhdidlər olub

26 Fevral 2021, 16:12 (GMT +4)

Bakı, 26 fevral, SalamNews. 2020-ci ildə Azərbaycandakı ev istifadəçilərinin 44%-i, korporativ istifadəçilərin isə 35%-i lokal təhdidlərlə (yəni kompüterlərdə və ya onlara qoşulub çıxarıla bilən daşıyıcılarda – USB fleş və yaddaş kartlarında, xarici sərt disklərdə və s. aşkarlanan təhdidlər) qarşılaşıblar.

SalamNews xəbər verir ki, bu barədə “Kaspersky” şirkəti məlumat yayıb.

Məlumata görə, ev istifadəçilərinin 11%-i və korporativ istifadəçilərin 7%-i internetdə yoluxma riskinə məruz qalıb.

2020-ci ildə bank troyanları Azərbaycan istifadəçilərinə nisbətən daha tez-tez hücumlar etməyə başlayıb.

“Kaspersky” həlləri il ərzində fişinq saytlarına təxminən 495 min giriş cəhdinin qarşısını alıb. Bu mənbələrin təxminən beşdə biri skam olub. Bu termin təcavüzkarların istifadəçini pul mükafatı vədi ilə saxta səhifəyə cəlb etdiyi reklamları ehtiva edir.Təklifin real görünməsi üçün saxta ödənişlərin miqdarı şişirdilmir. Şəxs sorğunun və ya anketin bütün mərhələlərini keçdikdə, ondan "sabit ödəniş" istənilir. Nəticədə isə o, heç bir pul almır və ödənilən “komissiya” təcavüzkarların cibinə gedir.

“Lokal təhdidlər hələ də ümumi mənzərənin əhəmiyyətli bir hissəsini tutur. Ötən il Azərbaycanda ev istifadəçilərinin demək olar ki, yarısı və korporativ istifadəçilərin üçdə birindən çoxu onlarla qarşılaşıb. Bu, çox vaxt rəqəmsal savadlılığın aşağı olmasından qaynaqlanır. Bu səbəbdən də kiber təhdidlər barədə məlumatlandırma ehtiyacının həm korporativ işçilər, həm də ev istifadəçiləri üçün aktual olduğuna inanırıq. Lazımi bacarıqları inkişaf etdirmək üçün praktiki tapşırıqlara yönələn təlimlər müəssisənin informasiya təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirə biləcək bir tədbirdir,” deyə “Kaspersky”nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib.

Kiber təhdidlərdən qorunmaq üçün “Kaspersky” bir sıra qaydalara əməl etməyi tövsiyə edir.

İlk olaraq məktublar, messencer mesajları və ya SMS-lərdəki şübhəli inklərə keçid etməmək, əməliyyat sistemi və tətbiqlər üçün müntəzəm qaydada yenilənmələr yükləmək, tətbiqləri yalnız rəsmi mağazalardan quraşdırmaq lazımdır.

Həmçinin hesablar üçün çətin və mürəkkəb şifrələrdən istifadə etmək, vacib məlumatları müntəzəm olaraq öz cihazından buluda, USB fleş karta və ya sərt diskə köçürmək, tətbiqlərə lazımsız funskiyalara giriş imkanı verməmək və “Kaspersky Internet Security” kimi etibarlı qoruma həlli yükləmək məsləhətdir.

Bundan əlavə, şirkətlərə işçilərin kiber savadlılığını artırmaq üçün, onlara təlimlər keçməsi tövsiyə olunur. Məsələn, avtomatlaşdırılmış platforma Kaspersky ASAP platforması təhlükəsiz davranış bacarıqlarının inkişafına və davamlı vərdişlərin formalaşmasına kömək edir. Bu həll, bir işçinin kiber təhlükəsizlik sahəsindəki mövcud biliklərini qiymətləndirməyə, buna əsasən, onun məhz iş vəzifələri və risk profilindən asılı olaraq ehtiyac duyduğu bacarıqlar dəstini təyin etməyə və müvafiq proqramı keçmək üçün bir cədvəl qurmağa imkan verir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Kaspersky “Cyber Spa” rəqəmsal istirahət məkanını təqdim edib

Kaspersky Cigref-lə birgə Kiber Məkanda Etibar və Təhlükəsizlik üçün Paris Çağırışının işçi qrupunun həmsədri olub

Kaspersky 2021-ci il üçün korporativ təhlükəsizlik trendləri haqqında danışır

Kaspersky avtomobil sənayesi üçün kiber təhlükələrin təhlili xidmətini təqdim edib

Kaspersky: sənayedə ağıllı cihazların yayılması kiber müdafiəyə yanaşmanı dəyişəcək

“Kaspersky” evdən işləməyin faydalarını açıqlayıb

“Kaspersky Antidrone” təhlükəsizlik infrastrukturuna inteqrasiya ediləcək

“Kaspersky” 30-dan çox saxta veb sayt aşkarlayıb

“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində “Kaspersky Security Day” keçirilib

“Kaspersky Lab” rəqəmsal əkizlərin qara bazarını aşkarlayıb

“Kaspersky Lab” məişət və rəqəmsal vərdişlər arasında əlaqəni araşdırıb

Kaspersky Lab “Windows”un zəif nöqtəsini tapıb

“Kaspersky Lab” biznes üçün qorunmanı təkmilləşdirib

Kaspersky Lab: Dünyada 1 milyondan çox istifadəçi təhlükə altındadır

Kaspersky Lab: Azərbaycan fişing hücumlarının sayına görə 79-cu yerdədir

“Kaspersky Lab” şifrə ilə vacib sənədləri qorumağa imkan verən yeni proqram hazırlayıb

Kaspersky Lab: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

“Kaspersky Lab”: Azərbaycanda korporativ istifadəçilərin 41%-i fərdi kompüterlərini parolla qorumur

“Kaspersky Lab” Azərbaycanda Yeni il tətilində uşaqların internetdə nə axtardıqlarını müəyyənləşdirib

“Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

21 Aprel 2021, 09:17 (GMT +4)
Zelenski Putini Donbasda görüşməyə dəvət edib

21 Aprel 2021, 09:15 (GMT +4)
Rusiya Federasiyası Hökumətinin sədri Əli Əsədovu Rusiyaya rəsmi səfərə dəvət edib

21 Aprel 2021, 09:04 (GMT +4)
Əfqanıstanla bağlı İstanbulda keçirilməsi nəzərdə tutulan konfrans təxirə salınıb

21 Aprel 2021, 09:00 (GMT +4)
İlham Əliyev: Azərbaycan xalqı 101 il əvvəl əlimizdən alınmış Zəngəzura qayıdacaq

21 Aprel 2021, 04:40 (GMT +4)
Ramazanın səkkizinci gününün duası – iftar və imsak vaxtı

20 Aprel 2021, 18:03 (GMT +4)
İsmayıllıda məclis keçirilməsinin qarşısı alınıb

20 Aprel 2021, 17:57 (GMT +4)
İqtisadiyyat Nazirliyi ilə NEXI arasında Anlaşma Memorandumu imzalanıb

20 Aprel 2021, 17:51 (GMT +4)
Gürcüstan Aİ-yə Batumidə sammit keçirməyi təklif edib

20 Aprel 2021, 17:49 (GMT +4)
Rüşvətə görə həbs edilən icra başçısının əmlakına həbs qoyulub

20 Aprel 2021, 17:44 (GMT +4)
Şəmkirdə yol polisi reyd keçirib

20 Aprel 2021, 17:34 (GMT +4)
Hərbi Prokurorluq: İndiyədək 2 889 şəhidin nəşi müayinə edilərək şəxsiyyəti müəyyən olunub

20 Aprel 2021, 17:29 (GMT +4)
Qasim Süleymaninin silahdaşlarından olan iranlı general koronavirusdan vəfat edib

20 Aprel 2021, 17:22 (GMT +4)
Təhsil Nazirliyi: Gələn həftədən birinci sinfə şagird qəbulu başlayır

20 Aprel 2021, 17:13 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

20 Aprel 2021, 17:03 (GMT +4)
Kreml xarici tərəfdaşları "Rusiyaya qarşı psixozdan" əl çəkməyə çağırır 

20 Aprel 2021, 16:58 (GMT +4)
AQTA vaxtı keçən məhsulları satışdan çıxarıb

20 Aprel 2021, 16:45 (GMT +4)
Türkiyə XİN-ə yeni mətbuat katibi təyin edilib

20 Aprel 2021, 16:42 (GMT +4)
Azərbaycanda son sutkada 2 197 nəfər koronavirusa yoluxub, 34 nəfər vəfat edib

20 Aprel 2021, 16:39 (GMT +4)
Həyətində narkotik becərən şəxs saxlanılıb

20 Aprel 2021, 16:35 (GMT +4)
Netanyahu İsraildə davamlı siyasi böhrana görə seçki sisteminin dəyişdirilməsini istəyib

20 Aprel 2021, 16:28 (GMT +4)
Fransa Səhiyyə naziri ölkədə karantinin mərhələli şəkildə ləğvinin tərəfdarı olduğunu açıqlayıb

20 Aprel 2021, 16:21 (GMT +4)
ETSN Bakıda ağac kəsilməsi ilə bağlı prokurorluğa müraciət edəcək

20 Aprel 2021, 16:10 (GMT +4)
Cəlilabadda avtoxuliqanlıq edən sürücülər saxlanılıb

20 Aprel 2021, 15:58 (GMT +4)
Rusiya Bolqarıstanın iki diplomatını persona non-qrata elan edib

20 Aprel 2021, 15:50 (GMT +4)
Daha 4 koronavirus xəstəsinə cinayət işi başlanılıb

20 Aprel 2021, 15:37 (GMT +4)
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib

20 Aprel 2021, 15:27 (GMT +4)
Çexiya Rusiya ilə bağlı yeni “cavab addımlarını" istisna etməyib

20 Aprel 2021, 15:21 (GMT +4)
Çad prezidenti döyüş cəbhəsində aldığı yaradan ölüb – Çad Ordusu

20 Aprel 2021, 15:12 (GMT +4)
Azərbaycan Ermənistanla sərhəddə daha bir hərbi hissə yaradıb

20 Aprel 2021, 15:01 (GMT +4)
AŞPA Navalnının iyunun 7-dək azadlığa buraxılmasını tələb edə bilər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66