Türkiyədə "Sputnik V" peyvəndinin toksikoloji testləri başlayıb26 Fevral 2021, 14:45 (GMT +4) Bakı, 26 fevral, SalamNews. Türkiyənin səhiyyə naziri Fahrettin Koca Rusiya istehsalı "Sputnik V" peyvəndinin toksikoloji testlərinin başladığını açıqlayıb.
SalamNews bu barədə TASS-a istinadən xəbər verir.
"Türkiyədə "Sputnik V" preparatının toksikoloji testləri başlayıb. Bizim bununla bağlı ayrıca hazırlığımız var. Rusiya vaksininin birgə istehsalı üzərində də işlər aparılır", nazir Ankaradakı mətbuat konfransında bildirib.
Bundan əlavə, Koca Türkiyənin başqa peyvənd istehsalçısı ilə də danışıqlar apardığını açıqlamışdı.
"Bu günlərdə "AstraZeneca" ilə daha intensiv danışıqlar aparırıq. Düşünürəm ki, yaxın 1-2 həftə ərzində onunla müqavilə imzalana bilər", - nazir bildirib.
|