Paşinyan İrəvandakı çıxışı zamanı hərbçilərə müraciət edib25 Fevral 2021, 16:54 (GMT +4) Bakı, 25 fevral, SalamNews. Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın Respublika meydanında tərəfdarları qarşısında çıxış edib. SalamNews xəbər verir ki, o, ölkənin silahlı qüvvələrinə sərhədləri və ərazi bütövlüyünü qorumağı əmr edib.
Onun sözlərinə görə, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının açıqlaması hərbi çevriliş cəhdidir və xalq buna imkan verməz.
“Silahlı Qüvvələrin bütün zabitlərinə, generallarına əmr edirəm- işinizi görün - Ermənistanın sərhədlərini və ərazi bütövlüyünü qoruyun. Heç kim mənim əmrimə tabe olmaya bilməz", Paşinyan bildirib.
Paşinyanın sözlərinə görə, bir çox general və zabit yuxarı rəhbərliyin təzyiqi altında onun istefasını tələb edən bəyanatı imzalayıb.
|