Rusiyada son sutkada 440-dan çox insan koronavirusdan ölüb25 Fevral 2021, 15:43 (GMT +4) Bakı, 25 fevral, SalamNews. Rusiyada son sutkada koronavirusa (COVID-19) yoluxma hallarının sayı 11.198 artaraq 4.212.100-ə çatıb.
SalamNews xəbər verir ki, bu barədə COVID-19 əməliyyat qərargahından məlumat verilib.
Son sutkada Rusiya Federasiyasında 446 nəfər koronavirusa yoluxma səbəbiylə ölüb.
Epidemiya başlayandan ümumilikdə ölənlərin sayı 84.876 nəfərə çatıb.
Rusiyada son gündə 16.102 nəfər olmaqla COVID-19-dan 3.767.664 nəfər sağalıb.
359.560 nəfərin müalicəsi davam edir.
|