İranda koronavirusdan ölənlərin sayı 60 minə yaxınlaşır25 Fevral 2021, 15:16 (GMT +4) Bakı, 25 fevral, SalamNews, B.Samid. İranda son sutkada koronavirusun Covid-19 növündən 94 nəfər ölüb və bu rəqəm ümumilikdə 59,830-a çatıb.
SalamNews İSNA-a istinadla xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Sadat-Lari məlumat verib.
Bildirilib ki, ölkədə son 24 saat ərzində koronavirusun Covid-19 növündən 94 nəfər ölüb və bu rəqəm ümumilikdə 59,830-a çatıb.
Əlavə edilib ki, son sutkada İranda 8,206 nəfərin koronavirusa yoluxması qeydə alınıb və bu rəqəm ümumilikdə 1,607,081-ə çatıb.
İranda koronavirus xəstələrindən 1,372,409 nəfər sağalıb.
Qeyd edək ki, İranın prezidenti Həsən Ruhani bu günkü çıxışında da koronavirusun dördüncü dağlasının baş qaldıra biləcəyilə bağlı xəbərdarlıq edib.
|